Qapını döyə bilmirəm,Qapına sürtüm üzümü.Qapın bir az əzizləsinBu yazıq, yetim üzümü.

Qorxdum qonşular görər,Buna min cür rəng verər,Qapından zorla, birtəhərQopartdım, dərdim üzümü.

Qoy həsrət qalım telinə,Əlim çatmasın əlinə,Kaş bircə, tabut yerinəQapınla örtüm üzümü...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri