Bilirəm gələn deyilsən
Bilirəm gələn deyilsən,Gözləyirəm yenə səni.Özgənin olsan da, -tanrıÇox görməsin mənə səni.
Küsmərəm, gəldin-gəlmədin,Sən getdin, mən ki ölmədim,Heyif, gətirə bilmədim"Sevgi" adlı dinə səni.
Yollarına sərilim kaş,Divarına hörülüm kaş,Yüz yol ölüm-dirilim kaş,Sevim dönə-dönə səni...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-bilirem-gelen-deyilsen
← → düymələri ilə keçid, R — təsadüfi şeir