Sənsən mənim solum-sağım,Sənsən yaxınım-uzağım,Səndən özgə kim var axımeydanda, Allah?

Keşikçisən, yerin uca,Dustağınıq gündüz-gecəDünya adlı bu qopqocazindanda, Allah.

Nə bir dinib-danışırsan,Nə hal-əhval soruşursan,Bir ruh kimi dolaşırsanhər canda, Allah.

Sənsən hamının son andı,Sənsiz nə varsa, yalandı,Mələk də sənin qulundu,Şeytan da, Allah.

Gözümüzü özün qapa,Göz yumunca haqqı tapaq,Hər ağızdan bir söz qoparson anda, "Allah!.."

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq