Yüz yol ah çək, dərd azalmaz
Yüz yol ah çək, dərd azalmaz,Bir dərd yüz ahdan böyükdü,Bir gecənin qaranlığıYüz-yüz çıraqdan böyükdü.
Kim yaratdı bizi yoxdan?!..İndi baxsın bir qıraqdan,Dünyada tamah-tamahdan,Günah-günahdan böyükdü.
Başımızda qapaz varsa,Yaşamağa qəfəs varsa...Bir quruca nəfəs varsa,"Var" yenə "yox"dan böyükdü.
...Min illərdi ölə-ölə,Ölüm nədi bilə-bilə,Doğulursa insan hələ,İnsan Allahdan böyükdü...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-yuz-yol-ah-cek-derd-azalmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saçları yamyaş,bədəni yamyaş, -
Süd dişinin ağrısıFüzuliyə, bir də, balam RövşənəSentyabrın birində, məktəbdə dərslər başlayanda belə məlum oldu ki, dördüncü sinfin bütün uşaqları olub-qalan süd dişlərini də bu yay dişiylə» qurtarıblar. O boyda sinifdə tək bircə nəfərin ağzında tək bircə dənə süd dişi qalmışdı, o da Səməd idi. Səməd ağzını açıb salam verən kimi uşaqlar o dişi gördülər və Səmədə güldülər.
Canavar ovuMeşələrdən üzübərinə yüyürür bu yalquzaq?
Ümidim yox bir adamaÜmidim yox bir adama,Tanrı çatacaq dadıma,
Başqa şairlərin şeirləri
Əvvəl məni əcəb özünə həmdəm eylədin.Axır salıb bəlaya, ənisi-qəm eylədin.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Qəbri-sədxaqandırEy könül, dünyayi-fani bil-bədahə fandır,Müddəti-tuli-bəqası ləhzeyi-əcfandır,
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların