Vaxtsız ölən dostlarımın xatirəsinə

Gecənin tən yarısındaGilənarlar çiçəkləyir.Yerlə göyün arasındaGilənarlar çiçəkləyir.

Qız gözütək qəşəng, iri,Nazla açılır hər gülü,Qışdan çıxan o dipdiriGilənarlar çiçəkləyir.

Hər qış neçə dost azalır,Adı daş üstə yazılır......Yoxsa bizsiz də yaz olur,Gilənarlar çiçəkləyir?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar