Yenə tərlan könlüm pərvaz eyləyir,Dövr edib, qonmağa bir budaq istər.O bəzən vurular göy çəmənlərə,Bəzən də pünhani bir otaq istər...

Mən qana bilmədim qəlbimi, düzü,Düzdə eniş dilər, enişdə düzü,Dağlarda hər zaman arandır sözü,Aranda qaldımı, qarlı dağ istər.

Yağışda-yağmurda, qarda, borandaOd, alov eşqilə yanır bir anda...Yayın isti çağı bürkü vuranda,Yanları yarpızlı bir bulaq istər.

Bəzən başdan aşır, dərdim, məlalımBəzən bulaq kimi durulur halım.Bir mələk eşqiylə şair xəyalım,Bu dünya durduqca yaşamaq istər!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq