(Qoca öz nəvəsinə)

Boy atırsan balacan,Kim şad olmaz, de buna.Baxıb sevinir baban.Böyü, boya-başa çat!Çalışırlar cavanlar,Sabah sən də qur-yarat!

Əziz bala, ancaq bilYaşın çoxluğu deyil,İnsanları sevdirən –Böyük işdir, əməkdir.

Heç qocalıq istəmə,Saqqalım olsun demə,Qocalanda bilərsən– Uşaqlıq nə deməkdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri