O kimdir başımda çalır, çağırır
Yanıqlı bir hava gəzir başımda,Onun könül odu heç azalmayır.Qürbətdə, hicranda, vüsal dəmində,O məndən bir an da ayrı qalmayır.
Bəzən uzaqlara düşür güzarım,Gəzirəm dünyanı, gəzir mənimlə.Ümman xəyalımın ağ yelkənindəÜzürəm sularda, üzür mənimlə...
Çıxdım zirvəsinə göy Qoşqarın da,Uca Ləlvərin də, Alagözün də;Qar quzey yerlərə yatır, bilirəm,Yeri var dağlarda şirin sözün də...Dolandım başına Ocaq dağının,Dolandı mənimlə o mahnılar da.Qoşmalar dilimdə elə yandı ki,Ayağım altında əridi qar da.
Qəlbimdə nəğmələr yuva salıbdır,Niyə munis olub mənə mahnılar?Sonra anladım ki, səbəbsiz deyil,Bir azca mənim də aşıqlığım var.
Əlimdə cilovu dəli köhlənin,Mahnı deyə-deyə endim Kəpəzdən.Havanı dəyişmək istədim, lakinAyrıla bilmədim yenə o səsdən...
O kimdir başımda çalır-çağırır –Gözəl havaları qulağımdadır?Elə bu saat da, elə bu an daMahnısı dilimdə, dodağımdadır?
Sadəcə görünən həmən o sözlərDərin dənizlərdən daha dərindir!O şirin mahnılar ustad aşığın,Mahir sənətkarın – Ələsgərindir...
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-o-kimdir-basimda-calir-cagirir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Ey cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,
Sevdiyimİllərilən həsrətini çəkdiyim,Döndü əlif qəddim yaya, sevdiyim.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Nə gözəldir o camalın, a gülüm!Nə gözəldir o camalın, a gülüm!Canıma dərdü məlalın, a gülüm!