Qılıq işə keçmir
Nə olsun ki, söz veriblər... boş könül?Gərək desin öz sözünü ürək də,Yalvarmaqla, yapışmaqla məhəbbətQanad açmaz... dustaq olar ürəkdə.
Sən ölçürsən saatları, günləri,O, illəri heç ölçməyir, biçməyir.Qılıq etmə, sonra saçın ağarar,Saç ağardı, qılıq işə keçməyir...
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-qiliq-ise-kecmir
← → düymələri ilə keçid, R — təsadüfi şeir