Düşübdür
(Zarafatla)
Ay Haqverdi, səndən yaman yazıblar,O material indi ələ düşübdür.Qorxuludur, allah özü saxlasın,Balam, işin lap əngələ düşübdür.
Niyə sağılmadı inəklər bu il?Yağınız yox, pendiriniz quru gil...Buzovların yarı maymaq, yarı şil –Görünür naxıra kələ düşübdür.
Ağırlığı öz vaxtında endirin!Nə yığmışdın dağda oldu qan-irin;Halal-haram nə var, yağın, pendirinAran köçü daşqın selə düşübdür.
Qohum-qonşu bu işlərdən halıdır,Ev-eşiyin başdan-başa xalıdır.Nəyin gedir, ye, özgənin malıdır,Əlinə yağlıca sələ düşübdür.
Hanı təpəl kəlin, hanı boz atın?Onlar öldü, sındı qolun-qanadın...Heç görünmür o qabaqkı büsatın,İndi işin dalkı vələ düşübdür...
Güzgüyə bax, ayılanda yuxudan!Heç söz yoxdur, sənə boydan-buxundan,Heyif, bircə səhf eyləyib “yaradan”:Ağzın əyri, burnun pələ düşübdür.
A kişi, de, nə görübsən araqda?İçki deyilən şey qoymadın Qazaxda.Eşitmişəm, gözün Qarapapaqda,Özün kimi, bir gözələ düşübdür.
Hanı, varı, bəs Mülxüsə xalanın?Hanı xəngəl, nə tez çıxdı yalanın?!Mən görürəm, yapıxıbdır palanın, –Yenicə dalından, şələ düşübdür.
Çox sağ olun, itirmərəm zəhməti,Ağköynəyin malı-mülkü, neməti,Haqverdinin adı, sanı, hörmətiÇoxdan bəri dildən-dilə düşübdür.
Düşmən, ey dost, öz dilindir, yad deyil...Qurtulmazsan qaçaq gəzsən lap yüz il –Mən yeməmiş əl çəkmərəm onu bil –Gözüm sizdə bir xəngələ düşübdür.Qazax, 4 noyabr, 1950
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-dusubdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Yandı ürək odlarda o gün çox pünhan.Yellər də dedi dünən gözəl bir dastan!
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
ƏyriBu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri.Tut yükünü, al bacını, qurma mənnən bazar əyri.