Ümidim yox bir adama,Tanrı çatacaq dadıma,Yenə salacaq yadına,Yenə dindirəcək məni.

Mən əlinə düşən kimi,Sevinəcək uşaq kimi,Bir sınıq oyuncaq kimiBir də qondaracaq məni.

Saçlarıma dən salacaq,Ürəyimə qəm salacaq,Yenə əlindən salacaq,Yenə sındıracaq məni...

Mən ki qəfəsləri açıbUçurtdum dustaq quşları.Bəs onda göydən başımaKim yağdırdı bu daşları?!

Küsən dostu mən dindirdim,Ağlayanı sevindirdim,Mələklərə evləndirdimÜzü dönük qardaşları.

…Yoxuydusa bir qonağı,Bu nə evdi tikdim axı?Kimdən ötrü əkdim axıBu kölgəsiz ağacları?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri