Yıxılır
Çaşıb solunu-sağını,Hamı bir ucdan yıxılır.Yadırğayıb uçmağını,Quşlar ağacdan yıxılır.
Üz tutub haqqın yolunaGedənlərin vay halına,Baş əymir dünya malına,Qəpik-quruşdan yıxılır.
Öz dərdini çəkir hərə,Öz dibinə çökür hərə,Öz alnını iki yerəBölən qırışdan yıxılır.
Qocalar ağıldan, huşdan,Cavanlar bir şux baxışdan,Xanımlar bir yalvarışdan,Bir aldanışdan yıxılır.
...Belədi, atam, belədi,Buyruq Allahdan belədi,Bu dünya çoxdan belədi,Lap yaranışdan yıxılır...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-yixilir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nə yaxşı bəzmi-vəfadır, məqami behcətdir,Nə tüfrə eyşi-səfadır, zəmani-işrətdir.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı