Dünyanın sən olan yeri
Boşaldı dünyanın sən olan yeri...Dünyanınsən olan yerindən indiTozlana-tozlana maşınlar keçir,Nazlana-nazlana xanımlar keçir,Cavanlar keçirtüpürüb siqaret kötüklərini.Dünyanın sən olan yerindən ancaqmən keçə bilmərəm.
Baş alıb qaçaram gecələr ilə,Uzun yollar ilə, küçələr ilə,Dünyanın sən olan yerindən eləbaş alıb qaçaram, qaça bilmərəm.
Yenə də, açılar səhər qəfildən,yenə də, sökülər qızıl dan yeri.Bütün yer üzünün hər tərəfindəngörünər dünyanın sən olan yeri.
Dünyanın sən olan yerinə bir günyağış yağacaq.Gecə köynəyində, ürkək-utancaq,çıxarsan eşiyə, gözlərsən məni,üşüyə-üşüyə gözlərsən məni.
Qoşulub ağlarsanyağan yağışa,Əlimdən nə gələr?..Məni bağışla!..
…Nə sən kiriyirsən, nə yağış kəsir,yağışa qarışıb axarsan, kiri.Ağlaya-ağlaya bu yaz gecəsiəriyib yağışa çıxarsan, kiri.Baxdıqca qorxuramyağan yağışa,Ağlaya bilmirəm…Məni bağışla!..
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-dunyanin-sen-olan-yeri
← → düymələri ilə keçid, R — təsadüfi şeir