Bu qayığın içi bizim,Çölü dənizin, dənizin,Dalğalarda dizin-dizinGedər bu qayıq, bu qayıq.

Dəniz dolu bardaq kimi -Uzandıqca barmaq kimi,Dalğaları pambıq kimiDidər bu qayıq, bu qayıq.

Ömrümüzü dalda qoydu,Qayığı dalğalar oydu,Bu dənizdən nə biz doyduq,Nə də bu qayıq, bu qayıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar