Mən küsüb gedirəm...Qoy hamı qalsın,Mən küsüb gedirəm bu yer üzündən.Oğulam -qoy dərdim anama qalsın,Atayam -qoy balam küssün özündən.

Dünya ucuz saydı, ya baha bildi?!Nə satan tapıldı,nə alan məni.Nə Allah dünyaya bağlaya bildi,Nə atam, nə anam, nə balam məni.

İlahi, səndən də sındı ürəyim,məni küsdürənin yekəsi sənsən.Dünyanın ən uzaq... ələ gəlməyən,boğazdan keçməyən tikəsi sənsən.

Mən sənin yanına uça bilərdim.uçmuram, beləcə küsüb gedirəm.Mən sənin sirrini aça bilərdim,açmıram, beləcə susub gedirəm.

Yandırıb gedirəm bu varağı da,bu şərin külünü kim oxuyacaq?Söndürüb gedirəm bu çırağı da, -məni qaranlıqda itirmə ancaq.

İlahi, küssəm də, səninəm yenə,gözün axıracan üstümdə olsun.Bu sonsuz dünyanın son nöqtəsinəgedib çıxanacan üstümdə olsun.

...Orda, bu dünyanın lap qırağında.Bir nəhəng boşluğun lap qabağındaoturub dincimi alaram bir az.Boşluğa sallaram ayaqlarımı,Uşaqtək yellərəm ayaqlarımı,uşaqtək sevincək olaram bir az.

Bir ölüm işığı gəzər üzümdə,boşluqdan səs gələr:"Yubanma, tez gəl!..Sənə, çoxdandı ki, bu yer üzündəhər şey maraqsızdı, ölümdən özgə..."

İlahi, gəlirəm, eşit səsimi,kimsəyə ümid yox, sən ovut məni.Bu nəhəng BOŞLUĞA atdım özümü,SƏNƏ arxayınam, ÖZÜN tut məni!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri