Ya bir geniş yolu tut get,Ya düş ensiz cığırına.Bütün yollar gedib çıxırÖmrümüzün axırına.

Bu yollarda duran olmaz,Durub nəfəs dərən olmaz,Çağırsaq, hay verən olmaz,Hay vermərik çağırana.

Yükünü alıb belinə,Hərə düşər öz yoluna, -Şükür yükün yüngülünə,Şükür yükün ağırına!

Yolda haxlarıq ölümü...Yarıb torpağı nar kimi,Dünya bir qara pul kimiAtar bizi daxilinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri