Bu dünyada biz hərəmizBir günahın yiyəsiyik.Hərdən-hərdən çəkdiyimizGizli ahın yiyəsiyik.

Ölüncə, illər uzunuDəyişsək də yüz cür donu,Yenə bu ağzın, bu burnun,Bu qulağın yiyəsiyik.

Baxt quşudu uçub gedən,Başımıza sıçıb gedən,Cini çoxdan qaçıb gedənBir çırağın yiyəsiyik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri