Səni sevdim sevilmədən, -Dodağımda öpülməyən,Hələ sənə deyilməyənSözlərim qaldı, əlvida!

Güc yox ümid bəsləməyə,Təzə sevgi gözləməyə,Sifətimi gizləməyəDizlərim qaldı, əlvida!

Uçmadım quşlar içində, -Yadlar, tanışlar içində,Yağan yağışlar içindəGözlərim qaldı, əlvida!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq