Sevən ala sevdiyini dünyada,Mən şah olsam belə divan eylərəm.Aşıq Kərəm

“Sevən ala sevdiyini dünyada”Belə dedi, yanıq Kərəm belə, bax.Əsli sevdi, Kərəm sevdi nə fayda?Keşişdəki fitnəyə bax, felə bax.

Əsli yandı, Kərəm yandı bu dağdan,İki canlı iki ovuc kül oldu.Çox keçmədi baş qaldırıb torpaqdan,İki könül iki zərif gül oldu.

Gül gül ilə qovuşmağa başladı,Ata olan xəbər tutub bir anda.Onu sağa, bunu sola tuşladıQara keşiş qara tikan donunda.

“Sevən ala sevdiyini dünyada”Ürək gözlə, baxış yaşla dolmasın,Əsli olsun, Kərəm olsun, aradaQara keşiş, qara tikan olmasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq