Yenə də hamıdan tez oyanmışam,Oxşayır ruhumu sübhün nəfəsi,Gəldim, gəldim, deyir elə bil ilham,Sinəmdə dil açır söz kəmənçəsi.

Alışır, od tutub yanır dan yeri,Göydə ulduzların qamaşır gözü.Qaranlıq kölgələr çəkilir geri,Sanki təbiətin gülür şən üzü.

Qoynunda boy atdım, sənin, ey Vətən!Səsimi mehriban ellərə yaydım.Şairlik eşqinə düşərdimmi mən,Hüsnünə bu qədər vurulmasaydım?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən