Yoxdu xəzinəm ki, saçım üstünə.Al bu quru canımı, qurban sənə!

Hansı kələklə səni mən ovlayım?Sök canımı, tök qanımı, ey sənəm.

Eylə qəbul, hər nə varımdır, verim,Torpağına, millətinə, mülkünə.

Hər iki dünyanı ucuz saymasan,Qurban edim çul daşıyan bəndənə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gəl ki, tozun da gözümə sürmədir,Gəl ki, Nizami can atır sürmənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən