Harda ki sən varsan, qəmər gərəkməz.
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Harda ki sən varsan, qəmər gərəkməz.Kimin olsan, ona şəkər gərəkməz.
Başının üstündə Ay kimi dursan.Dünyada kimsəyə səhər gərəkməz.
Mənim kabab olmuş bir ürəyim var,Daha can gərəkməz, cigər gərəkməz.
Üz göstər... Bu ümid bəsimdir, gülüm,Baxmaram Günəşə, göylər gərəkməz.
Axı əvvəl-axır görünəcəksən...Nə lazım, bu qədər dərd-sər gərəkməz.
Sən ki söz vermişdin, neçin gəlmədin,Gəlmədin... başqa bir kədər gərəkməz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sənin xidmətində qul NizamiyəZülfündən savayı, kəmər gərəkməz.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-harda-ki-sen-varsan-qemer-gerekmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey saqi, durma, gəl, sevindir məni!Şəncərflə yoğrulmuş odlu civəni
Şərəfnamə, fəsil 50Dan yeri sökərkən saqi qalxdı şən,Şərabdan torpağa yaqut səpərkən,
Şərəfnamə, fəsil 51O sultan şövkətli şəfəq sökərkən,Dağa dalğa vurdu Çin dənizindən.
Şərəfnamə, fəsil 52Elə ki, ucaltdı günəş boynunu,Zülmətdən yudu bu çərxin donunu,
Başqa şairlərin şeirləri
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
در گلشن ایام نسیمی ز وفا نیستدر دیده افلاک نشانی ز حیا نیست
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi