Mən kiməm ki, söyləyim: eşqim mənə mehman olub.
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Mən kiməm ki, söyləyim: eşqim mənə mehman olub.Dəm vurum ki, içmişik and, əhd olub, peyman olub.
Öz xudavənd hümmətilə mən qulu xoşbəxt edib,Bəzminə bəxş etdiyim nemət çörək yox, can olub.
Nur cəmalından doğubdur gecələr bayram günü,Bayrama qurban gərək... canım ona qurban olub.
Ləbi əlçatmaz... düşüb gül qədəmindən öpmüşəm,Bircə busəm yüz ilin can dərdinə dərman olub.
Açmışam dərdim-sərim, xoşbəxt gülüm xoş dinləyib,Dizimə köksün qoyub... dəstim ona yorğan olub.
Sübh - naməhrəm gəlib də... eyləyib eyşim haram,O gedərkən yığdığım həsrət, giley, hicran olub.
Məqtə — şairin təxəllüsü olan son beyt. “Ey Nizami, əlvida, mən bir daha görməm səni!”O gülüb getmiş... mənim ağlar gözüm giryan olub.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-men-kimem-ki-soyleyim-esqim-mene-mehman-olub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zınqırovlar zınqıldadı, budur, yola düşür karvan.Sən bu qədim düşərgədən can mülkünə yönəl, ey can!
Vaxtı gəlmiş fələyin zərləri heyrətdə olarVaxtı gəlmiş fələyin zərləri heyrətdə olar,Tutular xanələri, pərdeyi-zülmətdə olar.
Əyildi bel bu çəməndə qocalıqdan nə təhərƏyildi bel bu çəməndə qocalıqdan nə təhər,Bu gün həyat budağından deyin, görüm nə bəhər?
Odur Kəbə sultanı yeddi ölkə təxtindəOdur Kəbə sultanı yeddi ölkə təxtində,Qara çətir başında, yaşıl diba əynində.
Başqa şairlərin şeirləri · Eşq
Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz,Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz.
Füzulinin bir qəzəlini tərbiDərdə düşdüm əsərindən sitəmi-hicranın,Çarədən ötrü dolaşdım nərəsin dünyanın.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
عشق تو که در دل آتش تیز افروختدانم که به شمع سوختن او آموخت