Zınqırovlar zınqıldadı, budur, yola düşür karvan.
Qəsidə nədir?
Qəsidə: təntənəli, uzun lirik şeir; mədh və ya öyüd üçün yazılır.
Zınqırovlar zınqıldadı, budur, yola düşür karvan.Sən bu qədim düşərgədən can mülkünə yönəl, ey can!
Çalınan zəng öz naləndir - karvanına ulu başçı,Sən bu karvan zəncirində zəng səsinə həmdəm, hayan.
Oyuncaqsan, nə qədər ki sən bir qapı cəftəsisən,O zəng kimi nalə çək, get, istəmə, ya istə aman.
Bu vadidə təhlükə var, buna görə inləyir zəng.Bəs bu cəftə neçin inlər? İçi boşdur, özü nalan.
Dərd sədalı zəng üzürlü, cəftə ondan üzürlüdür,Ürəyinin yoxluğundan çəkir nalə, qılır əfqan.
Dörd hərfdi “cahan” sözü... qoy üstə dörd barmağını.Yerdən göyə məsafə də dörd barmaqdan kəmdir, inan.
Cahan səni puç etməmiş, sən cahanı puç bil, çəkil.O, üstündən xətt çəkməmiş, sən üstündən xətt çək əlan.
Çək dünyadan gözünü ki, səni cahil bilməsinlər,Ağır olsan, ağır zəncir açılmaz əl-ayağından.
Ağaların libasına zinət olan hər nə varsa,Təbəssümlə bir əl yellə ona, ayrıl bu dünyadan.
Səadəti cahanda yox, dində ara... çün bu bağdaYusif köynəyinə oxşar nə ətir var, nə ərğəvan.
Boğ şəhvəti, dinə güc ver... üzərliyin, udun külüAzsa, demək, rayihəsi vurar səni lap uzaqdan.
Bilik bizim darğamızsa, tamah onun qonşusudur,Sağdı Rüstəm, amma durur hələ ağ div, Mazandaran.
Yürü hikmət yolu ilə, qovuş qeybin çeşməsinə,Eyib, qüsur axtarmasan, min bir hikmət qavrayarsan.
Həm fələyin ulduzlarla ünsiyyəti xoşagəlməz,Həm də yerin təbiəti insanlarla uyuşmayan.
Əgər Qurana əl bassan, ulduzlardan qurtularsan,Quran Mehdi beşiyidir, Mehdi-sahib axir zaman.
Hər nə Quran dəzgahında toxunmayıbsa, rədd elə,Hər nə deyilsə imandan, qov, kənar et astanandan.
Köhlənini Tanrı əmri, peyğəmbərin şərilə çap,Tanrı nə cür söyləmişsə, qurulmuşdur o cür cahan.
Şəriət bir xidmətçi tək hazır durub qarşındaca.Təmənnasız qula qul ol, sən də çalış cannan, başnan.
Dünya-möhnət burulğanı... gözün, könlün varsa, yatma.Burulğanda mürgüləmək aman vermiş kimə, haçan?
Bu gəmiyə minmisənsə, gecə-gündüz ayıq davran,Yalnız ayıq davranışla qalxır yelkən, sapmır sükan.
Sən insansan, mələk qəlbi, div xisləti sənlə əkiz...Nədən səndə nişan varsa, o surətdə olacaqsan.
Eyni insan övladını neçə rəngdə görmüşük biz,Bir dəmirdən nal kəsilir, o birindən süngü, qalxan.
Hər bir qara hindlinin də öz nəsəbi, öz yolu var:Biri oğru, biri doğru - Haqqa keşik çəkən arslan.
Yer xalçası - qanlı bir teşt, bic doğulmuş nəfsin də - şam.Nə vaxtacan xizəran tək o xalçanı mıxlayasan?
Sən göy rəngə meyl eləsən, qalxar başın fələyəcən,Qırmızı, ya sarı umsan xəzan kimi kül olarsan.
Cəm halında müşk ahunun göbəyində, dar kisədə...Yayıldımı, ipək olur, tirmə olur ona yorğan.
Tozlu xirqə geyənlər var, qəlbi səhər, beyni Günəş.Evdar qadın kül altında köz saxlayar zaman-zaman.
Fələk damı sakininin geyindiyi göy olsa da,Arpa cadı, göy-göyərti əskik olmaz masasından.
Bu nəsihət vacibdir ki, zərlə insan ulu olmaz,Yüyürməklə keçi artmaz, ibrətlidir bu söz, dastan.
Sarı qızıl yaranıb ki, bəxş edəsən insanlara,Sarılığı sevirsənsə, buyur, bağda bol zəfəran.
Bərbəzəkdən bir fayda yox... qızıl tapsan ver möhtaca,Ömrün boyu qızıl kimi həm qoca ol, həm də cavan.
Nə qədər ki, sür-sümüyün dönüb sürmə olmayıb, qalx!Şəriətin torpağıyla sürmələnib hümmət qazan.
Cilov çəkən qul olmamış, daşı sultan damğasını,Xəlifənin həlqəsini öz boynunda güc, qüvvə san.
Boyun miğfər daşımalı, budsa damğa... Bu səbəbdənBoyun əti dadlı olur, köklük buda gətirir can.
Göz alması - səma... bir cüt qara gövhər işıq alırSəlcuqlular hilalından, Abbaslılar bayrağından.
O bayrağın göz qarası qoy heç vədə əskilməsin,Əskilərsə ağ rəng, nə qəm, söküləcək onsuz da dan.
Qoy qaradan ağa qədər hökm eləsin bu qara rəng,Bu qaranlıq sayəsində zənci belə şad, xuraman.
“Sultan!” demək nəyə lazım? Səndən betər quldu sultan.Ona qul ol... sultanlara tac verəndir o hökmran.
İstəsən ki, o dünyada əzizləsin ağan səni,Bu dünyada qullarını sev, əzizlə bəri başdan.
Bir yazığın saçlarına sən əl çəksən nəvazişlə,Məzarına günəş doğar, qiyamətdə odlanmazsan.
Olma zalim, çün tərkinə ədaləti bağlamışlar.Adilliyi bacarmasan, barı zülmü saxla, dayan!
Ölkə düşmən kəsiləcək zalimlərə qiyamətdə,Bir quyudur alçaqların yolundakı hər nərdivan.
Mələk səni şeytanlardan xərac alan tanısın qoy,Heç bir kəsin çörəyinə olma bais, az havalan.
Bir içim su, çörək üçün hər ayağın tozu olma,Gör nə günə saldı fələk, Adəm ilə Hüseyni an.
Cülab, şərbət olsa belə, özgə arxdan su içmə sən.Göz çək özgə çörəyinin hətta ayə naxışından.
Hümmət şiri ol, ye ancaq öz əlinin qazancını,Ovla... çölün heyvanları mehman gəlsin sənə, mehman.
Gör hardadır gücsüzlüyün, əl çək “Mən! Mən!” deməkdən... eyDünən kölə, bu gün əmir, bayaq xəstə, indi loğman.
Gözlərində yaş qalıbsa, ağla, qorxma naziklikdən,Mirvarini seçmək üçün nazik sapı seçir insan.
Qaldır məzar pərdəsini, gör zamanın əzizləriO pərdənin arxasında nə gündədir... düşün bir an.
Nuşirəvan qafasında ətək-ətək qum, daş-kəsək.Yəzdgürdün çələngində xırman-xırman qaratikan.
Daş bağa tək zireh geysən, balıq kimi pullansan da.Sən də bir gün bu çovğunda qalxanını tullayarsan.
Bu göy beşik altında sən çocuq kimi gəzmə, sakın,Dayə deyil, əjdahadır qarşındakı namehriban.
İlan yatır kafur üstə, əjdaha da xəzinədəKafur saçlı çal kaftarın gəl baş çıxar oyunundan.
Di gəl qorxma oyunbazın möhrə-möhrə daşlarından!Əlində həm sapandı var, həm gərilmiş qövs-kaman.
Kor zəmanə görə bilmir mən gözlərin sevinciyəm.Nə qəm, şadam zəmanənin gözlərinin korluğundan.
Fəzli inkar edənlərin gözlərinə qoy ağ gəlsin,Bu cür məlun köpəklərə sür-sümük də çoxdur, inan.
Mən Gəncədə günahkar bir keşikçiyəm xəzinəmə,Yəməndə suç bağışlayan, Xütəndə qandan qurtaran.
Göz yaşınla dəstəmaz al, şərbətin də - ağız suyun.Təşnəliyə tab et, könül, nə qədər ki bu yurddasan.
Nə qədər ki daşda qalıb... gümüş almaz qiymətini,Nə qədər ki sədəfdədir, dəyərsizdir inci, mərcan.
Otuz yaşlı, ey Nizami, vaxtdır, çəkil bir guşəyə,Mən verdim öz öyüdümü, necə qansan, eləcə qan.
Nə vaxtacan deyəcəksən: - Ey Kəbə, mən xidmətçinəm,Çağırmayıb... getməmisən, barı xidmət qıl uzaqdan.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-zinqirovlar-zinqildadi-budur-yola-dusur-karvan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, dur şərabla könlümü güldür,Bu işdə səbrinə bir ölçü götür.
Şərəfnamə, fəsil 38Ey saqi, Keyxosrov camını doldur,Bir cam ki hər gözə verir işıq, nur.
Şərəfnamə, fəsil 39Dur, saqi, o qızıl camı qoyma boşKi, Cəmşid, Firidun yadigar qoymuş,
Şərəfnamə, fəsil 40Saqi, ver ərinmiş o saf qızıldan,Qırmızı kükürdü odur doğuran.
Başqa şairlərin şeirləri
Gənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Dərdin o buluddur ki, tökər gözdən qanDərdin o zəhərdir ki, ona yox dərman.