Harda ki adın çəkildi bir dəm,Xirqəm, bədənim alışdı birdən.

Satdın özünü bazarda... aldım,Qapdım səni aləmin əlindən.

Umdum ki, vəfa qılarsan... heyhat,Döndün... dönüşə inanmadım mən.

Vurdun, qanadım qırıldı bir cüt,Uçmur, sən üçün gedirdi göynən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Atdım neçə dostumu, a zalım,Ta atmayasan Nizamini sən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri