Sığar qəlbə, qəmin dünyaya sığmaz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Sığar qəlbə, qəmin dünyaya sığmaz,Məhəbbət - dağ seli... məcraya sığmaz.
Gözüm qan-yaş... soruş hardan sızır qan?Yığışsa çay olar, dəryaya sığmaz.
Gülüm, gülmə... dar ağzına bir öpgüm,Şirin busəm sığar bəlkə, ya sığmaz.
Vüsal ümidi bir teldir - çox incə,Vüsal eşqi sözə, misraya sığmaz.
Dodaq mücrün mənə bir ləl versə,Günəş şehdə güli-rənaya sığmaz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nədir əhdin? Canım almaq? Bu gün al!Sabah gecdir. Sabah sevdaya sığmaz.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sigar-qelbe-qemin-dunyaya-sigmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Büzürgümid birdən açıldı gültək,Qırx məna açdı qırx nağıl deyərək:
Xosrov və Şirin, fəsil 110Ey könül, nur saçan bir şam yandır sən,Oda vurğun olma, şam ki deyilsən.
Xosrov və Şirin, fəsil 111Xosrov öyrənərkən dərsi, hikmətiTərk etdi dünyanı, eyşi, işrəti.
Xosrov və Şirin, fəsil 112Ayın işığını gecə örtərək,Div kimi azmışdı yolundan fələk.
Başqa şairlərin şeirləri
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Ellər dünyasıAl-yaşıl geyinmiş uca dağlarınQartallı qoynundan uzaqlaşmışam;
Mən tapmışamEy Tanrının cənnət uman qulları,Mən cənnəti bu dünyada tapmışam!
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi