Gəncliyimi sənə verdim, bu möhlətdən şirinsənmiş.
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Gəncliyimi sənə verdim, bu möhlətdən şirinsənmiş.Nə cür ölüm qarşında mən, bu fürsətdən şirinsənmiş.
Gözlərimdə yaş olsan da, işıq alır ürək səndən,Can möhnətim, bunu bil ki, sən işrətdən şirinsənmiş.
Hardan tapım incə sözü, nə cür verim qiymətini?Sən daddığım, dadmadığım hər nemətdən şirinsənmiş.
Savaşın da, barışın da yağ-bal dadır damağımda,Mehrin qədər qəhrin də xoş... hər cəhətdən şirinsənmiş.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nizaminin həyat dürrü sənin bir vəslinə qurban,Hər nə versəm ucuz olar, hər qiymətdən şirinsənmiş.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-gencliyimi-sene-verdim-bu-mohletden-sirinsenmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ömrün boyu hal tutmağa sən etmədin adət,Ey kaş tapasan halımızı sormağa fürsət.
Yol çətin, aləm qaranlıq - atını bir yanə çəkYol çətin, aləm qaranlıq - atını bir yanə çək,Varlığı gəl bir zaman can mülkinə, vicdanə çək.
Sən könlümü almaq da dilərsənmi, a dilbər?Sən könlümü almaq da dilərsənmi, a dilbər?Solsun o böyük eşqinə bəslənmiş əməllər!
Dilbər, neçə bilsən, sənə bənzər nişanım varDilbər, neçə bilsən, sənə bənzər nişanım var,Qəlbim ləbinə, sübhüm isə zülfünə oxşar.