Günüm batdı, gəl, ay bədrim, bir anlıq gəl, amanım ol!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Günüm batdı, gəl, ay bədrim, bir anlıq gəl, amanım ol!Sən eşqimsən, uzaq gəzmə, evim ol, aşiyanım ol!
Kəsil həmdəm, solub rəngim sinəmdən sil pası, jəngi,A dərdim qaynağı, dərman, güman sənsən, gümanım ol!
Ləbin kövsər - bulaqvan... həyatın ilk səbəbkarı,Dişimdə tutmuşam canım, gəl, ey canım, həyanım ol.
Gözün qurbanı, hirslənmə, sevinsəm, gül, kədərlənmə.Qanımla oynama, cana, canımla oyna, canım ol.
De, yetməzmi, vurub atəş, durub gendə, oda baxdın?Tapaq gülşən, yapaq şənlik, suda qönçəm, fidanım ol.
Qəmər saçlım, hilal qaşlım, Ayın bədri, gülün çətri!Qulun qulluqda amadə, buyur, gəl, hökmranım ol.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yaşıl tağım, İrəm bağım, uca sərvim, süsən bərgim,Nizami dərdinə son qoy, gülüstanım, cahanım ol!
Kitabxana.az · https://kitabxana.az/works/nizami-gunum-batdi-gel-ay-bedrim-bir-anliq-gel-amanim-ol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O ay sifətlini Xosrov görərkənEtdi öz qəlbini o sərvə çəmən.
Xosrov və Şirin, fəsil 69Şaha cavab verdi o laləsifət:"Həmişəlik qalsın əlində dövlət!
Xosrov və Şirin, fəsil 70Çox mehribanlıqla dedi cahangir:"Yasəmən üzlü sərv, bu sözlər nədir?
Xosrov və Şirin, fəsil 71Tovuza bənzəyən o afəti-canŞəkər tüngün açdı ləl sandığından.