Yol çətin, aləm qaranlıq - atını bir yanə çək
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Yol çətin, aləm qaranlıq - atını bir yanə çək,Varlığı gəl bir zaman can mülkinə, vicdanə çək.
Qov könül bağça-bağından bu qara qarğaları,İmtahan eylə, hüma quşlarını meydanə çək.
Könlümə oldunsa məhrəm, ey gülüm, aç pərdəni,Hikmətin şərbətini al, başına mərdanə çək.
Əhli-ruh məclislərində heç zaman olma ağır,Saqi tək, iç al şərab, hər işini səhmanə çək.
Məşğul olma zərrəcə cənnət-cəhənnəmlə, saqın,Əz cəhənnəm başını, bir də qələm rizvanə çək.
Gərçi ruh aləminin hikmətinə çatdı əlin,Ərşi titrət, gərdişin iplərini məstanə çək.
Get qədəmsiz o yolu, dilsiz danış hər sözünü,Baxmadan gör, surəti-peymanəsin gəl canə çək.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nizami, bu qədər əsrar ki, sən açmısan,Anlayan yox rəmzini, bəsdir onu pünhanə çək.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-yol-cetin-alem-qaranliq-atini-bir-yane-cek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O dünya başçısı Xosrov birtəhərHər zaman Şirindən tutardı xəbər.
Xosrov və Şirin, fəsil 61Hekayəçi yazır: o bədbəxt adamŞirinin eşqindən öldükdə nakam,
Xosrov və Şirin, fəsil 62Dünyanın işini yaxşı düşün sən!Nə əksən, onu da, bil, biçəcəksən.
Xosrov və Şirin, fəsil 63Məktubu açaraq şah oxuyarkənO şirin sözlərdən oldu çox heyran,
Başqa şairlərin şeirləri · Mey və meyxana
Narım, gilənarım,Can eşqlə,
SərxoşlarGəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artarNigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.
Piyalə şəklindəGələndə məclisə mey əldə lalə şəklində,Nigarım aytək olur, mənsə halə şəklində.