Sən könlümü almaq da dilərsənmi, a dilbər?
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Sən könlümü almaq da dilərsənmi, a dilbər?Solsun o böyük eşqinə bəslənmiş əməllər!
Bir xeyli zaman var ki, açılmır o gül ağzın,Zəhmət çəkərək qırmadı püstən dəxi şəkkər.
Hər kirpiyinə bir pəri məftuni-zəbundur,Zülfün dağılar, şurə gələr cümlə gözəllər.
Qəmzən nə yaman rövnəqi-islami yıxıbdır,Tut başqa əməl, olma, gözəl, gəl belə kafər.
Səhralərə çıxsan, bilirəm, dilbəri-rəna,Qibtə edəcək hüsnünə gün ayla bərabər.
Əqlə gələcək hər nə ki, divanələrin var,Ruyindən əgər olsa kənar o qara tellər.
Ruh nuş eləyər, ləli-ləbin badə verərsə,Çəng, ney, kaman inlər, göz olar onlara sağər.
Bu hüsnü camal ilə, bu ülvi görünüşlə,Mümkünsə, bizə lütf eləyib ruyini göstər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Tainki Nizami kimi hicranzadələr qoy,Bel bağlayaraq qulluğa, olsun sənə çakər.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sen-konlumu-almaq-da-dilersenmi-a-dilber
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məni inkar edənlərdən şikayətCoşmaq zamanıdır, coş, ey könül, sən,
Leyli və Məcnun, fəsil 9Oğlum Məhəmmədə nəsihətSən, ey on dörd yaşlım, hər elmə yetkin!
Leyli və Məcnun, fəsil 10Ölən qohumlarımdan xatirələrSaqi, harda qaldın? Mən meypərəstəm!
Leyli və Məcnun, fəsil 11Bu söz incisini düzən zaman mən,Böylə danışmışdı bu nəqli deyən:
Başqa şairlərin şeirləri · Eşq
Hərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd