İqbalnamə, fəsil 17
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
مغنی بدان سازِ تیمار سوزنشاط مرا یک زمان بر فروز
Müğənni, o könül açan saz iləMənim də könlümü bir aç, saz elə!
مگر زآن نوایِ بریشمنوازبریشم کشم روم را در طراز
Bəlkə ilham alıb sazın telindən,Ruma ipək həşyə nəqş eləyim mən.
چنین گوید آن کاردان فیلسوفکه بر کارِ آفاق بودش وقوف
Kainat-işindən xəbərdar olanBir alim deyir ki: "Bir zaman yunan
که یوناننشینانِ آن روزگارسوی زهد بودند آموزگار
Əhli baş qoşmayıb əsla bir işə,Hamı zahidliyi etmişdi peşə;
ز دنیا نجستندی آسایشینیرزیدشان شهوت آلایشی
Dünyada göz yumub istirahətə,Onlar xor baxırdı zövqə, şəhvətə,
نکردندی الا ریاضتگریبه بسیار دانی و اندکخوری
Çox bilmək, az yemək yolu tutaraq,Hamı riyazətlə məşğuldu ancaq.
کسی که به خود بر توان داشتیز طبع آرزوها نهان داشتی
Hətta varlılar da min əzab çəkər.Dünya ləzzətindən elərdi həzər.
نکردی تمتع، نخوردی نبیدکزین هر دو گردد خرد ناپدید
Guya ki, bilikli, ağıllı olanBu dünya zövqünə uymaz heç zaman.
ز گِرد آمدن سر درآید به گَردچو سر بایدت گِردِ آفت مگرد
Qadından, şərabdan çəkmişdilər əl,Guya bunlar əqlə gətirər xələl.
بدانجا رسیدند از آن رسم و رایکه برخاست بنیادشان زین سرای
O yerə çatdı ki, belə bir adətOnların nəslini kəsdi nəhayət. -
ز خشگی به دریا کشیدند بارز پیوند گشتند پرهیزگار
Qadından uzaqda yaşamaq üçünQurudan dənizə köçdülər bütün.
زنان را ز مردان بپرداختندجداگانه شان کشتییی ساختند
Ayırdı qadını kişidən onlar,Ayrı bir gəmidə qaldı qadınlar.
به مردانگی خون خود ریختندبمردند و با زن نیامیختند
Kişilər qan alıb damarlarındanUzaq yaşadılar daim qadından.
به گیتی چنین بود بنیادشانکه تخمه به گیتی برافتادشان
Bu qayda düzgün bir qayda deyildi,Odur ki, onların nəsli kəsildi."
یکی روزِ فرخنده از صبحگاهز فرزانگان بزمی آراست شاه
Şahın əmri ilə yenə bir səhərToplaşıb məclisə gəldi alimlər.
چنان داد فرمان به سالاربارکه با من ندارد کس امروز کار
Saray ağasına şah verdi fərman:"Heç kəsi yanıma bu gün qoymazsan!
فرستید و خوانید سقراط رانگهبان ترکیب و اخلاط را
Bir də ki, xəbər ver qoy gəlsin Sokrat,Tərkibdə, ixlatda o böyük ustad!".
فرستاده سقراط را بازجستز شه یاد کردش که جویای توست
Xidmətçi fərmana əməl eylədi,Sokratı taparaq ona söylədi:
زمانی به درگاهِ خسرو خرامبرآرای جامه برافروز جام
"Dəyiş paltarını, bəzəkli geyin,Şahın hüzuruna gəl gedək, yeyin!"
فریب ورا پیر دانا نخوردفریبندگی را اجابت نکرد
Dünyagörmüş alim buna uymadı,Onun təklifinə məhəl qoymadı.
بدو گفت رو به سکندر بگویکه هرچ اندرین ره نیابی مجوی
Dedi: "İskəndərə get eylə bəyan:Bir şey tapmayacaq əsla bu yoldan.
من آنجاییام وین سخن روشن استگر اینجا خیالیست آن بیمن است
Çünki indi başqa aləmdəyəm mən,Yalnız xəyalımdır burda görünən.
مرا گر بهدست آرد ایزدپرستهم از درگهِ ایزد آیم بهدست
Haqsevər adamsa məni axtaran,Tapa bilər ancaq haqq dərgahından..."
جوابی که آن کانِ فرهنگ سفتفرستاده شد با فرستنده گفت
Qasid qulaq asdı həmin sözlərəGəlib xəbər verdi tez İskəndərə.
شهنشاه را گشت روشن چو روزکه سقراط شمعی است خلوت فروز
Şaha günəş kimi oldu aşikar,Sokrat bir şamdır ki, xəlvətdə yanar.
نیابد به دیدار آن شمع راهجز آن کس که شبخیز باشد چو ماه
Aytək gecə oyaq olmasa hər kəsAxtarıb o şama yol tapa bilməz.
سکندر که دارندهٔ تاج بودبه دانش همه ساله محتاج بود
İskəndər hərçənd ki, sahib-tac idi,Biliyə, hikmətə çox möhtac idi.
زمانی نبودی که فرزانهایز گوهر ندادی بدو دانهای
Ən gözəl gövhəri seçib hər zamanAqillər yollardı şaha ərməğan.
ز هر دانشی کان ز دانندگانرساندندی او را رسانندگان
Ona alimlərdən hər bəxşişindən -Kəlamı, söhbəti, hər bir işindən
سخنهای سقراطِ بیدار هوشپسند آمدی مر زبان را به گوش
Daha xoş gələrdi Sokratın sözü,Fikri aydın idi, açıqdı gözü.
برآن شد دلِ دانشاندیش اوکه آرند سقراط را پیش او
Şahın bilik sevən könlü o gün dəİstədi Sokratı görsün önündə.
نمودند کان پیرِ خلوتپناهبر آمدشدِ خلق بربست راه
Dedilər: "Xəlvətə çəkilib daim,Xalq ilə get-gəli kəsib o alim.
سر از شغل دنیا چنان تافتهستکه در گور گویی دری یافتهست
Elə üz döndərib dünya işindən.Gorda dürr tapıbdır qoca, deyəsən.
ز خویشان و یاران جدایی گرفتبه کنجی خراب آشنایی گرفت
Qohumdan, qardaşdan üz döndərərəkYaşayır kənarda, bir bucaqda tək.
جهان گرچه کارش به جان آورَدنه ممکن که سر در جهان آورَد
Candan xidmət etsə bu cahan ona,O yenə üz tutmaz əsla cahana.
ز خون خوردنِ جانور خو بریدپلاسی بپوشید و دیبا درید
Tərgidib tamamən o, ət yeməyi,Palaza bürünüb, atıb ipəyi.
کفی پست از آنجا که غایت بوَدشبان روزی او را کفایت بود
O hər cür yeməyə edir qənaət,Bir az qovut eylər ona kifayət.
جز ایزد پرستیدنش کار نیستبه نزدیک او خلق را بار نیست
İbadət eləyir tənha, kimsəsiz,Tapmayır yanına bir kimsə yol, iz.
نظامی صفت با خرد خو گرفتنظامی مگر کاین صفت زو گرفت
Əql ilə dost olub Nizami təkin,Ondan dərs alıbdır Nizami yəqin...
به شرحی که دادند از آن دینپناهگرایندهتر شد بدو مِهر ِشاه
Şaha təsir etdi verilən xəbər,Sokratı daha çox sevdi İskəndər.
چنین آمدهست آدمی را نهادکه آرد فرامُشکنان را به یاد
İnsanın belə bir xasiyyəti var:İraq gəzənləri çox yada salar.
کسی کاو ز مردم گریزندهتربدو میل مردم ستیزندهتر
İnsandan qaçana, - belədir adət,-İnsan daha da çox göstərər rəğbət.
چو سقراط مهر خود از خلق شستهمه خلق سقراط را بازجُست
Sokrat da eldən üz döndərdiyindənHamı onu görmək istərdi hökmən.
بسی خواند شاهش برِ خویشتننشد شاهِ انجم بر آن انجمن
Şah onu nə qədər dəvət etdisə,O məhəl qoymadı əsla məclisə.
چو ز اندازه شد خواهشِ شهریاردلِ کاردان در نیامد به کار
Çox rica elədi ondan hökmüdar,Onun ürəyinə etmədi bu kar.
ز نازِ هنرمند ترکانهوَشرمنده نشد دولتِ نازکش
Alimin gözəltək naz etməsinəNaz çəkən hökmüdar dözürdü yenə.
شه از جمله استواران خویشیکی محرم خاص را خواند پیش
Özünə ən məhrəm olan bir nəfərÇağırdı yanına bir gün İskəndər,
فرستاد نزدیک دانا فرازبسی قصهها گفت با او به راز
Göndərib alimin tək hüzuruna,Dedi ki, gizlicə söyləsin ona:
که نزدیک خود خواندمت بارهانهان داشتم با تو گفتارها
"Səni dəfələrlə mən dəvət etdim,Var idi səninlə məhrəm söhbətim.
اجابت نکردی، چه بود از قیاس؟نوازنده را ناشدن حقشناس؟
Bilmirəm nə üçün rədd elədin sən,Hörmətin qədrini niyə bilmirsən?
چرایی ز درگاه ما گوشهگیر؟بیا، یا بگو حجتی دلپذیر
Mənim dərgahımdan nədir bu həzər?Buyur gəl, ya da ki, bir səbəb göstər.
به معذوریِ خویش حجت نمایوگر نیست حجت به حاجت بپای
Üzrünü isbat et ya açıq-aşkar,Ya söylə, başqa bir məramınmı var?"
فرستادهٔ پی مبارک ز راهبه سقراط شد، داد پیغام شاه
Qasid bu fərmana əməl eylədi,Şahın sözlərini Sokrata dedi.
جهاندیده دانایِ حاضرجوابچنین داد پاسخ برای صواب
Dünyagörmüş alim, o alicənabQasidə söylədi belə bir cavab:
که گر شه مرا خواند نزدیک خودخرد چیزها داند از نیک و بد
"Doğrudur, çağırıb məni hökmüdar,Mənim də, pis-yaxşı, öz düşüncəm var.
نماید که رفتن بدو رای نیستکه مهر تو را در دلش جای نیست
Düşüncəm getməyi görmür məsləhət,Çünki şahda yoxdur mənə məhəbbət.
چو در ناشدن هست چندین دلیلبه بازی نشد پیش کس جبرئیل
Getməmək üçün də vardır çox dəlil,Hara oynamağa gedib Cəbrail?
مرا رغبت آنگه پدید آمدیکه پیغام شه با کلید آمدی
Saraya getməyə edərdim rəğbət,Görsəydim dəvətdə bir səmimiyyət.
چو در نافه مشک آشنایی دهدبر او بوی خوش بر گوایی دهد
Bilinər nafə müşk bağlasa əgər,Çünki o bu zaman xoş qoxu verər.
دلی را که بر دوستی رهبر استبرون از زبان حجتی دیگر است
Dostluq iddiası edən bir ürəkSözdən başqa çox şey bildirə gərək.
درونی که مهر آشکارا کندمدارا فزون از مدارا کند
Bir könül məhəbbət elərsə izhar.Çox şeylə seçilər ondakı rəftar.
کسانی که نزدیک شه محرمندبه بزماندرون شاه را همدمند
Şahın məclisinin o məhrəmləri,Onun həmsöhbəti və həmdəmləri
سوی من نبینند بر آب و سنگستور مرا پای ازینجاست لنگ
Yolumu bataqlıq ediblər mənim,De, necə oradan keçsin köhlənim.
چنان مینماید که در بزمگاهبه نیکی مرا یاد ناورد شاه
Yəqin ki, məclisdə söhbət edərkənİskəndər yaxşı söz deməyib məndən.
که آن رازداران که خدمتگرندبه دلدوستی سویِ من ننگرند
Odur ki, padşahın yaxın dostlarıDostluqla baxmırlar heç mənə sarı.
دل شاه را مرد مردمشناسهم از مردم ِ شاه گیرد قیاس
Şahın ürəyini adamtanıyanQiyas ilə bilər adamlarından:
اگر خاصگان را زبان هست نرمبه امید شه دل توان کرد گرم
Şahın adamları danışsa yumşaq,Onda olar şaha ümid bağlamaq.
وگر نرم ناید ز گوینده گفتدرشتی بوَد شاه را در نهفت
Kobud danışsalar səninlə yəqin,Bil ki, şah bəsləyir sənə qarşı kin.
غناسازِ گنبد چو باشد درستصدای خوش آرد به اوتارِ سست
Səhnənin günbəzi düz olsa əgər,Köklənməmiş tel də gözəl səslənər.
ز گنبد چو یک رکن گردد خرابخوشآواز را ناخوش آید جواب
Günbəzin bir yeri olarsa xarab,Xoş səsli adam da alar pis cavab.
هر آن نیک و بد کاید از در برونبه دارای درگه بوَد رهنمون
Evdən çıxan pislik, yaxşılıq, yəqin,Əslini göstərər ev yiyəsinin.
تو خوانی مرا پردهداران رازبه سرهنگی از پرده دارند باز
Doğrudur, sən özün "Gəl, gəl!" deyirsən,Dostlarından "Get, get!" eşidirəm mən.
نگر تا به طوفان ز دریای آبدر این کشمکش چون نمایم شتاب؟
Onlar coşub-daşır coşğun dəniztək,Belə vurhavurda mümkünmü gəlmək?
مثال آنچنان شد که دریای ژرفنماید که دُرهاست ما را شگرف
Bu ona bənzər ki, dərin bir dərya:"Məndə dürr-gövhər var!" deyə, çağıra.
نهنگان دریا گشایند چنگکه جوید گهر در دهان نهنگ؟
Ancaq ağzı açıq dura nəhənglər,Ora dürr dalınca, söylə, kim gedər"
چگونه شوم بر دری نور باش؟که باشد بر او این همه دور باش
Qapında: "Uzaq ol!" deyənlər varkən,Orada nə cürə şəfəq saçım mən?
برِ شاه اگر صورتم بد کنندخلاقت نه بر من که بر خود کنند
Məni şah yanında pis göstərənlərMənə yox, özünə yamanlıq eylər.
ز خلق جهان بندهای را چه باک؟که بندد کمر پیش یزدان پاک
Tək olan tanrıya pənah gətirənBir qul heç qorxarmı dünya əhlindən?
در این بندگی خواجهتاشم تو راگر آیم به تو، بنده باشم تو را
Mən bu qulluğumla ağayam sənə,Gəlsəm hüzuruna, qul ollam yenə!
ببین ای سکندر به تقویم راستکه این نکته را ارتفاع از کجاست؟!
Baxsan bu məqama ağlın gözüyləBilərsən nə üçün ucadır belə."
فرستادهٔ شهریار از بَرَشبرِ شاه شد خواند درس از برش
Şahın xidmətçisi qayıdıb geri.Ərz etdi hüzura bütün sözləri.
طبقپوش برداشت از خوان دُرز دُر دامن شاه را کرد پر
O, dürr süfrəsindən örtüyü açdı,Şahın ətəyinə dürr-gövhər saçdı.
شه از گوهرافشانِ آن کانِ گنجز گوهر برآمودن آمد به رنج
Gövhər bəxş etməkdən bezmədi mədən,Şah isə yoruldu gövhər seçməkdən.
پسند آمدش کان سخنهای چُستبه دعویگه حجت آمد درست
Düzdür, sərt olsa da Sokratın sözü,Bəyəndi onları İskəndər özü.
چو دانست کاو هست خلوتگرایپیاده به خلوتگهش کرد رای
Bildi, onu ancaq xəlvətdə görər,Piyada yollandı ora İskəndər.
شد آن گنج را دید در گوشهایز بی توشهای ساخته توشهای
Gördü ki, yaşayır çox pərişan, tək,Xərabə guşədə bir xəzinətək.
ز شغل جهان گشت مشغول خواببرآسوده از تابش آفتاب
Dünya gərdişinə yumub gözünü,Hücrəyə çəkmişdi Sokrat özünü.
تماشای او در دلش کار کردبه پایش بجنباند و بیدار کرد
Şahın ürəyini bu hal qanatdı,Tərpədib ayaqla onu oyatdı.
بدو گفت برخیز و با من بسازکه تا از جهانت کنم بینیاز
Dedi: "Qalx ayağa, mənə qulaq as,Eyləyim dünyada səni biniyaz."
بخندید دانا کزین داوریبه ار جز منی را بهدست آوری
Alim gülüb dedi: "Bu qüdrətin var,Məni yox, get, başqa bir adam axtar.
کسی کاو نهد دل به مشتی گیانگردد به گِرد تو چون آسیا
Kim qane olarsa bir ovuc dənə,Dönməz dəyirmantək sənin dövrənə!
چو قرص جوین هست جانپرورمغم گِردهٔ گندمین چون خورم؟
Arpa çörəyinə edib qənaət,Buğda çörəyinə çəkmərəm minnət.
بر آن راهرو نیمجو بار نیستکه او را یکی جو در انبار نیست
Evdə bir arpası olmayan bir kəsYarım arpa qədər minnət götürməz.
مرا کایم از کاهبَرگی ستوهچه باید گرانبار گشتن چو کوه؟
Bir saman çöpündən yoruluram mən,Dağ boyda yük alım çiynimə nədən?"
دگرباره شه گفت کز مال و جاهتمنا چه داری تو ای نیکخواه؟
Şah dedi dübarə: "Ey nəcib insan,Mal-dövlət, nə desən, eylərəm ehsan!"
جوابش چنین داد دانای دورکه با چون منی بر مینبار جور
Alim verdi şaha qürurla cavab:"Gəl, məntək adama vermə sən əzab,
من از تو به همت توانگرترمکه تو بیشخواری، من اندکخورم
Mən qat-qat varlıyam hümmətdə səndən,Mən bir azyeyənəm, sənsə çoxyeyən.
تو با اینکه داری جهانی چنیننهای سیردل هم ز خوانی چنین
Bu geniş dünyaya maliksən özün,Ancaq bu süfrədən doymayır gözün.
مرا این یکی ژندهٔ سالخوردگرانستی ار نیستی گرم و سرد
Mənsə, qorxmasaydım isti-soyuqdan,Bax, bu şəltəni də atardım çoxdan.
تو با این گرانی که در بار توستطلبکاریِ من کجا کار توست؟
Bu qədər ağır yük altındaykən sən,Mənim tələbimi necə ödərsən?"
دگر باره پرسید از او شهریارکه تو کیستی من کیام در شمار
Hökmüdar söylədi: "Ver görüm cavab,Sən kimsən, məni kim edirsən hesab?"
چنین داد پاسخ سخنگوی پیرکه فرماندهام من، تو فرمانپذیر
Belə cavab aldı padşah qocadan:"Mən fərman verənəm, sən fərman alan!"
برآشفت شه زان حدیث درستنهانی سخن را درون بازجست
Şaha acıq gəldi, söylədi ona:"Bu örtülü sözdən de, nədir məna?"
خردمند پاسخ چنین داد بازکه بر شه گشایم درِ بسته باز
Yenə cavab verdi ağıllı Sokrat:"Dinlə, mənasını deyim bu saat:
مرا بندهای هست نامش هوادل من بدان بنده فرمانروا
Mənim həvəs adlı bir nökərim var,O daim önümdə fərmanla durar.
تو آنی که آن بنده را بندهایپرستارِ ما را پرستندهای
Həmin on nökərin nökərisən sən,Mənə qul olana qulluq edənsən!"
شه از رای دانای باریکبینز خجلت سرافکنده شد بر زمین
Padşah bu sözlərdən dərsini aldı,Utanıb, başını aşağı saldı.
بدو گفت خود نور سیمای منگواهست بر پاکی رای من
Şah ona dedi ki: "Üzümdəki nurMənim pak fikrimə aydın sübutdur.
ز پاکان چو پاکی جدایی مکننمرده زمین آزمایی مکن
Sən paksan, paklardan düşmə uzağa,Diriykən boş yerə girmə torpağa!"
دگر ره جوابیش چون سیم دادکه سیماب در گوش نتوان نهاد
Sokrat verdi ona gümüştək cavab:Dedi ki: "Qulağa tökülməz simab!
چو پاکی و پاکیزه رایی کنیچرا دعویِ چارپایی کنی؟
Səndə ki pak olmaq idiası var,Bəs niyə heyvantək edirsən rəftar?
که هر چارپایی که آرد شتاببه پای اندر آرد کسی را ز خواب
Əlbəttə, tələsən bir heyvan ancaqOyadar insanı təpik vuraraq.
چو من خفتهای را تو بیدار مردنبایست از این گونه بیدار کرد
Mən yatmış, sən oyaq olan zamanda,Təpik niyə vurdun bəs oyadanda?
تو کز خواب ما را بر آشفتهایکنی خفته بیدار و خود خفتهای
Oyatdın hirslənib çox yatmağımdan,Halbuki sən özün çoxdan yatıbsan!
بدین خواب خرگوش و خوی پلنگز شیرانِ بیدار بردار چنگ
Yatıb dovşan kimi, coşub pələngtək,Gəl, ayıq aslanla qovğadan əl çək.
شکاری طلب کافتد از تیر توهژبری چو من نیست نخجیر تو
Özünə ov axtar, get, dolan bir az,Mənimtək aslandan sənə ov olmaz!"
دل شه بدان داستانهای گرمچو موم از پذیرندگی گشت نرم
Bu qızğın danışıq təsir edərəkŞahın ürəyini yumşaltdı mumtək.
به خواهش چنان خواست کان هوشمندز پندش دهد حلقهای گوشبند
Sonra o, alimə eləyib minnət,İstədi bir qədər öyüd-nəsihət.
شد آن تلخی از پیرِ پرهیزگاربه شیرینزبانی درآمد به کار
Pərhizkar qocanın hiddəti getdi,Şirin bir dil ilə o söhbət etdi.
از آن پند کاو سربلندی دهدبگفت آنچه او سودمندی دهد
Şahı nəsihətlə qane eylədi,Ona öyüd verib belə söylədi:
که چون آهنِ دستپیرایِ توپذیرای صورت شد از رای تو
"Əlində yumşalsa dəmir, bunu bil,Tədbirlə yumşalar, hiddətlə deyil!
توانی که روشن کنی سینه رادر او آری آیین آیینه را
Qəlbi də, istəsən, bu sayaqla sənParladıb aynatək edə bilərsən.
چو بردن توانی ز آهن تو زنگکه تا جای گیرد در او نقش و رنگ
Dəmiri aynatək parladan insanPası silməlidir öz vicdanından.
دل پاک را زنگپرداز کنبر او راز روحانیان باز کن
O qədər saf qəlbli, pak vicdanlı ol,Mənəvi sirləri edəsən qəbul.
سیه کن روانِ بداندیش رابشوی از سیاهی دل خویش را
Pis olan şəxslərə vur qara damğa,Çalış öz qəlbini saflaşdırmağa.
زبانی است هر کاو سیهدل بوَدنه هر زنگییی خواجه مقبل بود
Qəlbiqara kəsin dili düz deyil.Olmaz hər zəncidən bir Xacə Müqbil.
به سودای زنگی مشو رهنمونمفرح نگر کز لب آرد برون
Zəncinin zahiri qaradır, ancaq,Sən ağzından çıxan saf sözlərə bax.
سیاهی کنی سوخته شو چو بیدکه دندان بدو کرد زنگی سپید
Qara olsan əgər, söyüd kimi yan,Zəncinin dişini odur ağardan.
مگر کهآینهٔ زنگی از آهن استکه با آن سیاهی دلش روشن است؟!
Zənci dəmir kimi qara, parlaqdır,Üzü qaradırsa, ürəyi ağdır!
از آنجا خبر داد کار آزمایکه نوشاب را در سیاهیست جای
Dirilik suyunu Zülmatda sananAlimlər o hökmü çıxarıb burdan.
برون آی چون نقره ز آلودگیز نقره بیاموز پالودگی
Xıltdan ayrılmağı öyrən gümüşdən,Çalış, gümüş kimi saf, təmiz ol sən!
دماغی کز آلودگی گشت پاکبچربد بر این گنبد دودناک
Bir idrak nurani olarsa əgər.Bu tutqun günbəzə qalxıb yüksələr.
نهانخانهٔ صبحگاهی شودحرمگاه سرّ الهی شود
Ləkəsiz, tərtəmiz saf səhər çağıAllah sirlərinin olar ocağı.
ز تو دور کردن ز روزن نقاببه روزن درافتادن از آفتاب
Açsan pəncərədən sən pərdələri,Onda işıq salar günəş içəri.
چراغی به دریوزه بر کرده گیرقفایی ز باد هوا خورده گیر
Günəşə göz yumub, yandırsan çıraq,Külək söndürəcək onu, bil ancaq.
عماریکشِ نور ِخورشید باشز ترکِ عماری بر امید باش
Günəşin nuruna yedəkçi ol sən,Səni tərk etsə də, düşmə ümiddən.
تو در پاک میکن ز خاشاک و خارطلبکار سلطان مشو زینهار
Süpürüb təmizlə qapı-bacanı,Heç qonaq çağırma sonra sultanı.
چو سلطان شود سوی نخجیرگاهدَری رُفته بیند فروشسته راه
Ova gedən zaman sataşar gözüQapına-bacana, tez gələr özü.
چو دانی که آمد به مهمان فرودبه ناخوانده مهمان بر از ما درود
O gəlsə yanına qonaq qalmağa,Bizdən salam söylə sən o qonağa.
گر آیی بر این در دلیری مکنتمنای بالا و زیری مکن
Bu qapıya gəldin, məğrur olma sən,Əl çək boş, mənasız mənsəb güdməkdən.
به جان شو پذیرندهٔ بزم خاصکه تن را ز دربان نبینی خلاص
O xas məclisini qəbul et candan,Yoxsa qoymaz səni içəri dərban.
به کفش گل آلوده بر تخت شاهنشاید شدن، کفش بفکن به راه
Palçıqlı başmaqla o təxtə sarıGetmə, yolda çıxar sən başmaqları.
چو همکاسهٔ شاه خواهی نشستبپیرای ناخن، فروشوی دست
Şah ilə həmsüfrə olmaq istəsən,Dırnaqlarını tut, əlini yu sən.
کهرا زَهره گر خود بود شرزه شیر؟که بر تخت سلطان خرامد دلیر؟
Şiri-nər olsa da, heç kimsə, əlbət.Təxt üstə çıxmağa etməz cəsarət.
که شیری که بر تخت او بخته شدهم از هیبت تخت او تخته شد
Təxtə nəqş edilmiş o bir cüt aslanDönmüşdür taxtaya təxt qorxusundan.
کسی کاو درآید به درگاه توخورد سیلی ار گم کند راه تو
Sənin dərgahına gələn bir nəfərYolunu azarsa, bol sillə yeyər,
ببین تا تو را سر به درگاهِ کیستدل ترسناکت نظرگاهِ کیست
İndi sən bir düşün nə dərgahdasanGör necə, hansı bir seyrəngahdasan?
گر این در زنی، کمترین بنده باشگر این پای داری سرافکنده باش
Bu qapı önündə olmalısan qul,Yolun bura düşsə, gəl, ədəbli ol!
وگرنه تو خود شاهی و شهریارتو را با سگ پاسبانان چهکار؟
Özünü sayırsan əgər hökmüdar,İtlə, gözətçiylə, de, nə işin var?
تو گرمی مکن گر من از خویِ گرمنگفتم تو را گفتنیهای نرم
Düzdür, tünd danışdım səninlə, ammaBudur xasiyyətim, məni qınama!
دل تافته کهاو زمینتفته بودبه جاسوسی آسمان رفته بود
Bu yanar ürəyim o zaman göyəGetmişdi, seyr edib sirr öyrənməyə.
کنون کهآمد از آسمان بر زمینرهآوردش آن بود و رهبردش این
İndi qayıtmışdır, gətirdiyi sirrBunlardır, söylədim mən sənə bir-bir.."
چو گفت این سخنهای پرورده پیرسخن در دل شاه شد جایگیر
Qoca bu saf, təmiz sözləri dedi,Bu sözlər şaha çox əsər elədi.
برافروختهروی چون آفتابسوی بزم خود کرد خسرو شتاب
Üzü günəş kimi işıqlı, parlaq,Tələsdi saraya ordan çıxaraq.
بفرمود تا مرد کاتب سرشتبه آب زر آن نکتهها را نبشت
Əmr etdi katibə, o da diqqətləYazdı bu sözləri zərli bir xətlə.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-iqbalname-17
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xosrov ilə Şapur danışan zamanGördülər qərq oldu bir nura cahan.
Xosrov və Şirin, fəsil 89Firuzə göylərə işıq saçıldı,Sübhün gəlininin bəxti açıldı.
Xosrov və Şirin, fəsil 90Səadət bir gülü bəslərsə əgər,Bəslədiyi gülə həvəskar istər.
Xosrov və Şirin, fəsil 91Bir gün şah Şirinlə məclis qurmuşdu.Söhbət ədalətdən, bilikdən düşdü.
Başqa şairlərin şeirləri · Mədhiyyə
Gözəllər sultanı, mələklər şahı,Alagöz cananım, getmə, amandı!
Birinci Dumanın iniqadı münasibətilə söylənmişdirOlub əfradi-millətdən bu gün təşkil bir məclis,Nə dadlı meyvəpərvərdir görün bustani-hürriyyət,
نهاد کودک خردی بسر، ز گل تاجیبخنده گفت، شهان را چنین کلاهی نیست
غرب الشمس والهوی سکنیو سهیل بدا من الیمن