İqbalnamə, fəsil 16
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
مغنی بیا چنگ را ساز کنبه گفتن گلو را خوشآواز کن
Müğənni, çəngini yenə saz elə,Xoş sözçün səsini xoşavaz elə.
مرا از نوازیدنِ چنگ خویشنوازشگری کن به آهنگِ خویش
Könlünü şad elə sən o çəng ilə,Gəl nəvaziş eylə xoş ahəng ilə!
چو روز دگر صبح گیتیفروزبه پیروزی آورد شب را به روز
Güldü ertəsi gün üfüq zəfərlə,Gecə vidalaşdı qızıl səhərlə.
برآمد گل از چشمهٔ آفتابفرو برد مه سر چو ماهی در آب
Səma çəmənində günəş gül açdı,Ay da balıq kimi sulara qaçdı.
بر اورنگِ زر شد شهِ تاجورزده بر میان گوهرآگین کمر
Öz qızıl təxtinə çıxdı İskəndərBelində gövhərlə bəzəkli kəmər.
نشسته همه زیرکان زیر تختفلاطون به بالا برافکنده رخت
Yenə alimlərdən bir məclis qurdu,Əflatun hamıdan başda oturdu.
شه از نسبتی کاو در آن پرده ساختعجب ماند کان پرده را چون شناخت؟
Əsrarlı sazına şah qalıb heyran,Təəccüb içində soruşdu ondan:
بپرسید از او کای جهاندیده پیربرآورده مکنونِ غیب از ضمیر
"Ey hikmətli qoca, ey nurani pir,Sizin əqlinizə əyandır hər sirr.
شمایید بر قفل دانش کلیدز رای شما دانش آمد پدید
Bilik qıfılına sizsiniz açar,Bilik sayənizdə olubdur aşkar.
ز دانندگان خواندهای هیچکس؟که بودش فزون از شما دسترس
Keçmiş alimlərdən verin bir xəbər,Olubmu sizdən çox bilən bir nəfər?
خیالی برانگیخت زین کارگاهکه رای شما را بدان نیست راه؟
Sizdən əvvəlkilər elə bir xəyalEdibmi ki, ola sizinçün mahal?"
فلاطون پس از آفرین تمامچنین گفت کاین چرخِ فیروزهفام
Əflatun padşaha dua edərək,Dedi ki: "Firuzə rəngli bu fələk
از آن بیشتر ساخت افسونگریکه یابد دل ما بدان رهبری
Cürbəcür əfsunlar edib ixtiraKi, bizim əqlimiz yetməz onlara.
گر آنها که پیشینگان ساختندبه نیرنگ و افسون برافراختند
Keçmişdə alimlər görüb çox işlər.Çox əfsun, çox hiylə icad etmişlər.
یکی گویم از صد دراین روزگارنداند کسی راز آموزگار
Doğrusu, onların indiki zamanyüzdə birini də yoxdur anlayan!
اگر شاه فرمایدم اندکیبگویم نه از ده که از صد یکی
Şah izn verərsə, o sirlərin mənDeyərəm onda yox, yüzdə birindən."
اجازت رسید از سر داستانکه دانا فروگوید آن داستان
Bu işə razılıq verdi İskəndər,Danışsın onlardan alim bir qədər.
جهاندیده دانایِ روشنضمیرچنین گفت کای شاهِ دانشپذیر
Əflatun söylədi: "Var ol, hökmüdar,Sənin elmə, fənnə məhəbbətin var...
شنیدم بخاری به گرمی شتافتبه خسف شکوفه زمین را شکافت
Deyirlər buxarla alov əl-ələVerib bu dünyaya saldı zəlzələ,
برانداخت هامون کلوخ از مغاکطلسمی پدید آمد از زیر خاک
Bu qüvvət yerlərin bağrını yardı,Bir düzdə tilsimli bir daş çıxardı-
ز روی و ز مس قالبی ریختهوزآن صورت اسبی انگیخته
Mis ilə qalaydan xilqətin əliSanki yaratmışdı bir at heykəli.
گشاده ز پهلوی اسبِ بلندیکی رخنه چون رخنه آبکند
Heykəlin böyründə bir oyuq vardı,Suların açdığı yerə oxşardı.
چو خورشید از آن رخنه درتافتینظر نقشِ پوشیده دریافتی
Günəş bu oyuqdan nur saçan zamanBir sehir görərdi orda hər baxan.
شُبانی بر آن ژرفوادی گذشتمغاکی تهی دید بر سادهدشت
Bir çoban keçəndə bu geniş düzüO sadə yarğana sataşdı gözü.
طلسمی درفشنده در وی پدیدشبانه در آن ژرفوادی رسید
Orda parıltılı tilsimi görcəkEndi tez çuxura bir anda zirək.
ستوری مسین دید در پیکرشیکی رخنه با کالبد در خورش
O misdən yaranmış at heykəlininBöyründə bir oyuq göründü, dərin.
در آن رخنه از نور تابنده هورنگه کرد سر تا سرینِ ستور
Gün işıq salmışdı həmin oyuqdan.Seyr etdi heykəli diqqətlə çoban.
بر او خفتهای دید دیرینه سالنگشته یکی مویْ مویش ز حال
Orda çox köhnə bir meyid gördü ki,Heç əskik deyildi onun bir tükü.
به دستش در از رنگِ انگشترینگینی فروزنده چون مشتری
Onun barmağında bir üzük vardı,Qaşı Müştəritək par-par yanardı.
بر او دست خود را سبکتاز کردوز انگشتش انگشتری باز کرد
Çoban tez əlini uzatdı ona,Çıxarıb üzüyü aldı ovcuna.
چو انگشتری دید در مشت خویشنهادش بزودی در انگشت خویش
Üzüyü ovcunda çevirdi, baxdı,Sonra barmağına sevinclə taxdı.
دگر نقد شاهانه آنجا نیافتستودان رها کرد و بیرون شتافت
Ayrı şey tapmadı baxdısa hara,Daha ləngiməyib çıxdı bayıra.
گله پیش در کرد و میرفت شادشکیبنده میبود تا بامداد
Sürdü sürüsünü, getdi sevincək,Səhəri gözlədi səbr eyləyərək.
چو از رایت شیر پیکر سپهربرآورد منجوق تابنده مهر
Səmanın möhtəşəm göy bayrağındaİşıq saçan muncuq parıldayanda,
شُبان رفت نزدیکِ صاحبگلهگله کرد بر کوه و صحرا یله
Çoban sürüsünü dağda tərk etdi,Sürü sahibinin yanına getdi.
بدان تا نگین را نهد پیش اوبداند بهای کم و بیش او
Ora getməyindən bu idi məqsəd:Üzüyü göstərib, öyrənsin qiymət.
چو صاحبگله دید کامد شبانگشاد از سرِ چربگویی زبان
Çobanı önündə görəndə ağaBaşladı onunla xoş danışmağa.
بپرسید از او حال میش و برهنیوشنده دادش جوابی سره
Hal-əhval soruşdu qoyun-quzudan,Aydın cavab verdi hər sözə çoban.
شبانه به هنگام گفت و شنیدزمان تا زمان گشت ازو ناپدید
Çoban ağa ilə söhbət edərkənArabir yox olub itirdi gözdən
دگرره پدیدار گشت از نهفتگلهصاحبش برزد آواز و گفت
Bir də görünəndə çoban, tez ağaBaşladı heyrətlə acıqlanmağa:
که هردم چرا گردی از من نهان؟دیگر باره پیدا شوی ناگهان
"Bu nədir, arabir itirsən gözdən,Yenə də gözümə görünürsən sən?
نگر تا چه افسون درآموختی؟که بر خود چنین برقعی دوختی
Əfsunçu olubsan durduğun yerdə,Hardandır tapdığın bu sirli pərdə?"
شبانه عجب ماند از آن داوریدر آن کار جُست از خرد یاوری
Çoban bu sözlərə heyrət edərək,Bu işə əqlindən istədi kömək.
چنان بود کان مردِ خاتمپرستبه خاتم همیکرد بازی به دست
Çoban ağasıyla söhbət edəndə;Üzüklü əlini o tərpədəndə,
نگیندانِ او را چه زود و چه دیرگهی کرد بالا گهی کرد زیر
Üzüklə qaşı da hey burulurdu,Gah altda, gah üstdə gəlib dururdu.
نگین تا به بالا گرفتی قرارشبان پیش بیننده بود آشکار
Qaş üstə çevrilib durduğu zamanGörürdü çobanı ona hər baxan.
چو سوی کف دست گردان شدیشبانه ز بیننده پنهان شدی
Qaş ovcun içində olanda isəOnu görməyirdi artıq heç kimsə.
نهاد نگین را چنان بُد حسابکه دارنده را داشتی در حجاب
Elə yaratmışdı üzük yaradanGözə görünməzdi taxsa hər insan.
شبان چون از این بازی آگاه گشتشد این آزمون کرد بر کوه و دشت
Çoban başa düşüb sirli oyunu,Gedib dağda, daşda sınadı onu.
درآمد به بازیگری ساختنچو گردون به انگشتری باختن
Qayıdıb üzüklə qurdu min kələk,Necə ki, ulduzla oynayır fələk.
کجا رأی پنهان شدن داشتینگین را ز کف دور نگذاشتی
Gözə görünməmək istəyən zamanQaşı çıxarmazdı əsla ovcundan.
چو کردی به پیدا شدن رای خویشنگین را زدی نقش بر جای خویش
Nə zaman istəsə görünsün, yenəQaşı çevirirdi o öz yerinə.
به پیدا و پنهان شدن گرد شهرز هرچ آرزو داشت برداشت بهر
Bu yolla şəhərdə qurub oyunu,Yetirdi yerinə hər arzusunu.
یکی روز برخاست پنهان به رازنگین را به کف درکشید از فراز
Bir gün də bu sirrə qızışdı başı,Ovcunun içinə alaraq qaşı,
برهنه یکی تیغ هندی به دستسوی پادشه رفت و پنهان نشست
Əldə hindli qılınc, saraya keçdi,Şahın düz önündə gizli əyləşdi.
چو خالی شد از خاصگان انجمنبرو کرد پیدا تن خویشتن
Dağılıb gedəntək ordan adamlar,Şahın gözlərinə göründü aşkar,
دل پادشا را به خود بیم کردبدو پادشاه شغل تسلیم کرد
Bu haldan ürəyi qorxuyla doldu,Çarəsiz qalaraq şah təslim oldu.
به زنهار گفتش که «کام تو چیست؟فرستندهٔ تو بدین جای کیست؟»
Təlaşla soruşdu: "Aç mətləbini,De, kimdir göndərən buraya səni?"
شبان گفت پیغمبرم زود باشبه من بگرو از بخت خوشنود باش
Çoban cavab verdi: "Mən peyğəmbərəm,İman gətir, səni xoşbəxt eylərəm.
چو خواهم نبیند مرا هیچکسبدین دعوتم معجز آنست و بس
İstəsəm heç görməz məni bir adam,Mənim möcüzəm də budur, vəssalam!"
بدو پادشا بگروید از هراسهمان مردم شهر بیش از قیاس
Ona beyət etdi şah qorxusundan,Bütün əhali də gətirdi iman.
شبان آنچنان گردنافراز گشتکه آن پادشاهی بدو بازگشت
Çobanın hörməti artdı, ucaldı,Axırda şahlığı əlinə aldı.
نگین بین که از مهر انگشتریچگونه رساند به پیغمبری
Gör varmış o qaşda nə böyük hikmətKi, çoban peyğəmbər oldu, nəhayət!
حکیمان نگر کان نگین ساختندبه حکمت چگونه برانداختند
Bir bax qaş qayıran o alimlərə,Gör hikmət çatıbmış onda nə yerə!
چنان باید انگیخت نیرنگ و سازکه ما درنیابیم ازان پرده راز
Sehir gərək belə edilsin icad.Bizimtək alimlər qalsın ona mat.
بسی کردم اندیشه را رهنموننیاوردم این بستگی را برون
Nə qədər düşünüb daşındımsa mən.Gəlmədi bu sirri açmaq əlimdən."
ثنا گفت بر وی چو شاه این شنیدبر آن نیز کان نقشی ازو شد پدید
Şah bunu eşidib, elədi sənaHəm o icadkara, həm Əflatuna.
همه پاسداران آن آستانگرفتند عبرت بدین داستان
Həmin o məclisdə iştirak edənHamı ibrət aldı o həkayətdən.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-iqbalname-16
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Büzürgümid birdən açıldı gültək,Qırx məna açdı qırx nağıl deyərək:
Xosrov və Şirin, fəsil 110Ey könül, nur saçan bir şam yandır sən,Oda vurğun olma, şam ki deyilsən.
Xosrov və Şirin, fəsil 111Xosrov öyrənərkən dərsi, hikmətiTərk etdi dünyanı, eyşi, işrəti.
Xosrov və Şirin, fəsil 112Ayın işığını gecə örtərək,Div kimi azmışdı yolundan fələk.
Başqa şairlərin şeirləri
Qalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
SönməyibSənə öz könlümü verdim, səni candan sevdim,Sevgimə olmaq əngəl dəli hicran, sevdim.
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!
Gəraylı: Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,