Sənə öz könlümü verdim, səni candan sevdim,Sevgimə olmaq əngəl dəli hicran, sevdim.Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab,Bu yolun yolçusutək dərdə dözüb çəkdim əzab.Sənə öz qəlbimi açdım, sənə min dil tökdüm,Eşqimə gülləri, bülbülləri şahid çəkdim.Səni sevdimsə də, heyhat, üzümə gülmədi baxt,Adına nəğmə qoşarkən gecə-gündüz bir vaxt,Elə zənn etmə ki, səndən diləyirdim sədəqə,(Eşqi dünyada, inan, istəməz heç kim sədəqə).Duymadın qəlbimi əsla, de görüm, mən nə edim?Niyə küsdün? Sənə bir güldən ağır sözmü dedim?Solmadı, yox, bu məhəbbət, bu çiçək könlümdə.Sönməyib, yox, hələ könlümdəki eşqin həvəsi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq