Məktub
Bir zaman qəlbimə yazdım adınıOnda bildim acı dərdin dadını.Məni əvvəlcə sevirdin, ey qız:Mənə üz sonra çevirdin, ey qız!Doğrusu, sadəcə bir qızdın əzəl,Sonra aldatdı səni başqa əməl.Duymadın qəlbimi, heyhat, heyhat...Sənə yad gəldi bu mənalı həyat.Bəzədin üst-başını, göz-qaşını,Bu çətin yolda itirdin başını.Alışan eşqimi saldın ayağa,Mənə çox güldün uzaqdan-uzağa.İzləyib mən səni bir kölgə kimiEtdim uğrunda fəda gəncliyimi.Sənə xoş gəlmədi yoxsul otağım!..Söylədin: “Bir daha dəyməz ayağımBu kədər, qəm dolu boş daxmana, yox!”Hər sözün oldu mənimçün bir ox.Hələ çox şey düşəcəkdir yadıma.Can deyib sevmədiyin bir adama,Bağladın könlünü – var-dövlətə sən,Məni saldın yenidən heyrətə sən.Var mənim, var dözümüm hər dərdə,Məni bəzən görərək pəjmürdəSanma dünyadan üzülmüşdür əlim,Yanılırsan, a vəfasız gözəlim!Keçdi karvan kimi aylar, illər,Axdı dəryalara çaylar, sellər.Dəyişib xeyli gözəlləşdi vətən,Düşdün haldan-hala, soldun sən.Hanı əvvəlki camalın, söylə,Təntənən, cahi-cəlalın, söylə?!Hanı dövrəndəki gənc məftunlar,Sənə min nəğmə qoşan məcnunlar?
Hanı əvvəlki o şən qəhqəhələr?Səsi dünyaya düşən qəhqəhələr?Sanma ki, sirrini şair bilmir,Gözlərin gülsə də qəlbin gülmür.Bilirəm heç də deyilsən xoşbəxt,Çox peşiman olacaqsan bir vaxt.Gələcəksən qapıma boynubükük,Dərdli qəlbində əzablar dolu yük.Gələcəksən yanıma dərdinlə,Bu gəliş gec olacaq, bir dinlə –Onda sən görməyəcəksən məni tək.Dönəcəksən geriyə inləyərək.Tökəcəksən yenidən göz yaşını,Bəlkə, heyhat, yolacaqsan saçını.Görməyirsən bunu sən, mən görürəm,Hüsnünü bəxtinə düşmən görürəm,Hələlik fəxr elə, mən çünki müdam,Səni həsrət ilə xatırlayıram.Ayrılıq sıxsa məni məngənədə,Ey vəfasız, sənin eşqin yenə dəBir şirin can kimi bağrımda yaşar,Dərdli bağrımdakı ağrımda yaşar!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bütün yer kürəsində azadlıq istəyənlər,Köləlik dünyasında ağ günə həsrət bəşər
GünahkarıqTəbəssümlər yağdırıb tez-tez dodaqlarından,Yetənə yalvarırsan tərifçün dilənçi tək.
Görürəm“Mən cahan mülkündə mütləq doğru halət görmədim,*Hər nə gördüm əyri gördüm, özgə babət görmədim”.*
Nəvəm AzadəyəGöz açdın həyata – açıldı baxtım,Dünyaya babalar gözüylə baxdım.