Hər kəsdə belə şirin dil olmaz,Hər kəlməsi bir qızılgül olmaz.Mən ki sevirəm səni ürəkdən,Bir dərdli günüm dönüb il olmaz.Hər kim yaşasa özüyçün ancaq,Xoşbəxtliyə, məncə, nail olmaz.Yansa ürəyin vətənçün, elçün,Arzun, əməlin yanıb kül olmaz.Bir gün belə olmasa yanımdaHicran yüküm heç də yüngül olmaz.Gülsən mənim eşqimin bağındaGül olmasa, bağda bülbül olmaz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq