Yaxşı məclisdə könül, söhbət məhəbbətdən düşər,Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.Darda meydanda qaçan, ağ gündə cövlan eyləyənHər kim olsa, el içində, məncə hörmətdən düşər.Kim ki, “aləmdə təkəm mən, məndən olmaz” söyləsə,Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər.

Olsa da məddahı minlərlə, nə qəm, tezdən də tez –Xalqına bağlanmayan sənət təravətdən düşər.Gör nə xoşbəxtsən Süleyman, ta yüz ildən sonra daMəclisində söz bu al bayraqlı millətdən düşər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən