Alım səndən ürəyimi... düşünürəm dönə-dönə,Heyhat, ürək əldən uçur, gedib çatır bir də sənə.

Biz çörəklə duz kimiyik, can-ciyərik, bəlkə birikBaşqasına könül versəm, yeni bir can gərək mənə.

Qurbanınam, çatdır məni özün qurban bayramına,Son nəfəsdə bir fal açım baxa-baxa gözlərinə.

Sənin vüsal məçlisində dadarammı birçə noğul,Həyat adlı xəzinədən üzülməmiş bu dürdanə?

Ürəyinə tapşır, gülüm, qoy içməsin ürək qanı,Yoxsa sənin yolun dönər ürəyimdən axan qanə.

Əlim gəlməz qılıncına qılınc çalam... öz qulunam,Əmr eləsən daşıyaram... qanad ollam kəcavənə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gözüm qan-yaş töküb silər Nizaminin izini dəQıyarammı bu yollarda tozum qona ay çöhrənə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri