Tutdu məni eşqin, sevda məni çəkdi,Hər sirrimi açdım, səhra məni çəkdi.

Verdin də qaşından bir fitnə qılıncı,Meydan məni tapdı, qovğa məni çəkdi.

Göstərmədin ülfət, şəfqət, ya məhəbbət,Sandım ki, koram, kor... röya məni çəkdi.

Üstümdə sən Ay-Gün, al qanımı tökdün,Sel gəldi də... gördün, tənha məni çəkdi.

Nəqd vəslini görməm, nisyə umar ümmid.Aldın günüm əldən, fərda məni çəkdi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yaş tökdü Nizami o qədər gözündən,Bac istədi dürrü, dərya məni çəkdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri