Bu gecə yatmaq nədir? Ləzzət çəkək ta sübhədək
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Bu gecə yatmaq nədir? Ləzzət çəkək ta sübhədək,Yatmağa var başqa gün, başqa döşək ta sübhədək.
Gah gözüm üstündə əyləş, gah sığın, sin canıma.Bağrımın başında ol, ülfətləşək ta sübhədək.
Sən badamgöz bir gözəl, şəkkər dodaqlı bir mələk,Məzəmiz şəkkər, badam... mey nuş edək ta sübhədək.
Başıma çox döymüşəm hicrində, ey gül, mən dünən,Bu gecə vəslin başımda bir çələng ta sübhədək.
Əllərim, canım sənin, mərci apar, ey nazənin!Ud məni nərddə, oxu, şənlən görək ta sübhədək.
Zülfünü tövbən kimi tulla, öpüşlər saç mənə,Tövbəni zülfün kimi əy, şəhd içək ta sübhədək.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sən Nizami şerini dinlə, qulaq halqası et,Gəl qapı halqasını tərpətməyək ta sübhədək.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-bu-gece-yatmaq-nedir-lezzet-cekek-ta-subhedek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyirlər: göylərdə bir ağ xoruz var,O, ərşin altında tutubdur qərar.
İqbalnamə, fəsil 7Nə gözəl günəşsən, ta uzaqlardanEdirsən bizimçin hər şeyi əyan.
İqbalnamə, fəsil 8Yunanlı filosof, zəkada nadir,Çıxartdı mədəndən belə cəvahir:
İqbalnamə, fəsil 9Ey müğənni, çal bir könül nəğməsi,Titrətsin göyləri ərğənun səsi.
Başqa şairlərin şeirləri · Eşq
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
AyrılıqlarHəmişə ayrılıq yaşayıb mənimləAna ayrılığı,
VəfaAy qız, çiçəyisən bizim dağların,Hüsnünün şöhrəti tutmuş hər yanı.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş