İqbalnamə, fəsil 6
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
شنیدم که بالای این سبز فرشخروسی سپیداست در زیر عرش
چو او برزند طبل خود را دوالخروسان دیگر بکوبند بال
همانا که آن مرغ عرشی منمکه هر بامدادی نوائی زنم
برآواز من جمله مرغان شهربرارند بانگ اینت گویای دهر
نظامی ز گنجینه بگشای بندگرفتاری گنجه تا چند چند
برون آر اگر صیدی افکندهایروان کن اگر گنجی آکندهای
چنین نزلی ار بخت روزی بودسزاوار گیتی فروزی بود
چو بر سکه شاه بستی زرشهمان خطبه خوان باز بر منبرش
شهی که آنچه در دور ایام اوستبر او خطبه و سکه نام اوست
سر سرفرازان و گردنکشانملک نصرت الدین سلطان نشان
طرف دار موصل به فرزانگیقدر خان شاهان به مردانگی
چو محمود با فرو فرهنگ و شرمچو داود ازو گشته پولاد نرم
به طغرای دولت ز محمودیانبه توقیع نسبت ز داودیان
بهاریست هم میوه هم گل براوسراینده قمری و بلبل بر او
نبینی که در بزم چون نوبهاردرم ریزد و در نماید نثار
چو در جام ریزد می سالخوردشبیخون برد لعل بر لاجورد
چو شمشیرش آتش برآرد ز آبمیانجی کند ابر بر آفتاب
کجا گشت شاهین او صیدگیرز شاهین گردون بر آرد نفیر
عقابش چو پر برزند بر سپهرشکارش نباشد مگر ماه و مهر
که باشد کسی تا به دوران اوکند دزدی سیرت و سان او
سر و روی آن دزد گردد خرابکه خود را رسن سازد از ماهتاب
سراب از سر آب نشناختنکشد تشنه را در تک و تاختن
کلیچه گمان بردن از قرص ماهفکندست بسیار کس را به چاه
دهد دیو عکس فرشته ز دورولیک آن ز ظلمت بود این زنور
درین مهربان شاه ایزد پرستز مهر و وفا هر چه خواهند هست
نه من ماندهام خیره در کار اوکه گفت: آفرینی سزاوار او
چرا بیشکین خواند او را سپهرکه هست از چنان خسروان بیش مهر
اگر بیشکین بر نویسنده راستبود کی پشین حرف بروی گواست
سزد گر بود نام او کی پشینکه هم کی نشانست و هم کی نشین
به احیای او زنده شد ملک دهرگواه من آن کس که او راست بهر
ازان زلزله کاسمان را دریدشد آن شهرها در زمین ناپدید
چنان لرزه افتاد بر کوه و دشتکه گرد از گریبان گردون گذشت
زمین گشته چون آسمان بیقرارمعلق زن از بازی روزگار
برآمد یکی صدمه از نفخ سورکه ماهی شد از کوهه گاو دور
فلک را سلاسل زهم بر گسستزمین را مفاصل بهم در شکست
در اعضای خاک آب را بسته کردز بس کوفتن کوه را خسته کرد
رخ یوسفان را برآمود میلدر مصریان را براندود نیل
نمانده یکی دیده بر جای خویشجهان در جهان سرمه ز اندازه بیش
زمین را چنان درهم افشرد سختکز افشردگی کوه شد لخت لخت
نه یک رشته را مهره بر کار ماندنه یک مهره در هیچ دیوار ماند
ز بس گنج که آنروز بر باد رفتشب شنبه را گنجه از یاد رفت
ز چندان زن و مرد و برنا و پیربرون نامد آوازهای جز نفیر
چو ماند این یکی رشته گوهر بجایدگر ره شد آن رشته گوهر گرای
به اقبال این گوهر گوهریاز آن دایره دور شد داوری
به کم مدت آن مرز ویرانه بومبه فر وی آبادتر شد ز روم
در آن رخنه منگر که از پیچ و تابشد از مملکت دور اکنون خراب
نگر تا بدین شاه گردون سریردگر باره چون شد عمارت پذیر
گلین بارویش را زبس برگ و سازبه دیوار زرین بدل کرد باز
برآراست ویرانهای را به گنجبه تیماری از مملکت برد رنج
ز هر گنجی انگیخت صد گونه باغبرافروخت بر خامهای صد چراغ
چو ز آبادی آن ملک را نور دادخرابی ز درگاه او دور باد
Deyirlər: göylərdə bir ağ xoruz var,O, ərşin altında tutubdur qərar.
Deyirlər: o xoruz banlar hər səhər,Yerdəki xoruzlar ona səs verər.
Bilin ki, göylərin o quşu mənəm,Hər səhər oyadar quşları nəğməm.
Şəhərin quşları ötər hər səhər,"Dünyanı dindirən odur" deyərlər.
Nizami, durma, gəl, xəzinəni aç,Bəsdir bu Gəncədə qalıbsan möhtac.
Bir ov vurubsansa, çıxar meydana,Bir xəzinən varsa, göstər cahana!
Belə xəzinəni bəxt verər ancaq,Xəzinən dünyanı nurlandıracaq.
Vurubsan qızıla şah sikkəsini,Xütbə de, vüqarla ucalt səsini.
O, elə şahdır ki, dövründə nə var,Onun şöhrətiylə edər iftixar.
Ucadır, igiddir hər hökmdardanMəlik Nüsrətəddin, o şanlı sultan.
Zəkada o, Mosul hökmranıdır,Mərdlikdə şahların Qədərxanıdır.
Şövkətdə, zəkada Mahmud kimidir,Polad yumşaltmaqda Davud kimidir.
Almış fərmanını Mahmudilərdən,Həsəbi, nəsəbi Davudilərdən.
Meyvəli bahardır, sinəsində gül.Söz qoşur şəninə qumru və bülbül.
Məclislər içində təzə bahartəkDürr, dirhəm paylayar o, ətək-ətək.
Tünd şərab qədəhə tökülsə əgər,Ləl lacivərdə şəbxun eyləyər.
Suya qılınc vurub, od saçan zamanBuludlar günəşi qoruyar ondan.
Tərlanı ov üçün qalxarsa, yəqinTərlanı dad çəkər göydə fələyin.
Fəzada uçarsa əgər üqabı,Ya Ayı ovlayar, ya afitabı.
Hanı bu dövranda elə bir insan,Oğurlaya bilsin bir sifət ondan?
Ayın şüasını ip bilən naşıOğrunun, əlbət ki, əzilər başı.
Göl ilə sərabı tanımayanlarYolda susuzluqdan taqətsiz qalar.
Ayı göydə fətir eyləyib gümanÇoxları quyuya düşüblər, inan.
Mələyə bənzəyər divlər kənardan,Div zülmətdən törər, mələksə nurdan.
Allahtanıyandır bizim hökmdar,Mehr, vəfa ilə dolu qəlbi var.
Tək məni salmayıb müşkülə bu iş,Kim ona layiqli mədhiyyə demiş?
Neçün Bişgin demiş ona bu dövran?O ki mehribandır bütün şahlardan.
Bişgin kəlməsini dürüst yazsalar,Ona layiq bir ad Keypişin olar.
Keypişin desələr, layiqdir, əlbət,Həm Key nişanlıdır, həm Keyxasiyyət.
O, abad eləmiş dünya yurdunu,Xeyrini görənlər bilirlər bunu.
Qopdu bir zəlzələ, göyü oynatdı,Şəhərlər dağılıb yerlərə batdı.
Dağ-daş sarsılaraq, qopub uçandaFələk toz altında qaldı bir anda.
Ruzgarın etdiyi oyunbazlıqdanSanki alt-üst oldu torpaq, asiman..
Surun gur səsindən balıq qorxaraqAtıldı öküzdən bir xeyli uzaq.
Fələk zəncirinin həlqələritəkYerin də bəndləri ayrıldı tək-tək.
Azdı yollarını gur axan sular.Dağlar çarpışmaqdan bitab oldular.
Yusiflər gözünə sanki batdı mil,Sanki aşıb-daşıb Misri basdı Nil.
Heç bir göz salamat qalmadı, inan,Matəm sürməsinə qərq oldu cahan.
Nə qədər xəzinə batdı o gecə,O şənbə gecəsi yox oldu Gəncə.
Hamı: kişi, qadın, qoca ya cavanQopardı dəhşətli fəryadla fəğan.
Bircə sap gövhəri sağ gördü səhər,O düzdü yenidən saplara gövhər.
Bu gövhər kanının baxtı yar oldu,O bəla ölkədən tez kənar oldu.
Az zaman içində bu viran ölkəKeçdi abadlıqda Rumu da bəlkə.
Baxmayın zəlzələ qoparıb tufan,Ölkəni bir anda elədi viran,-
Görün ki, nə sayaq qadir hökmüdarPozulmuş cəlalı etdi bərqərar!
Palçıq barıları tamam sökdürdü,Yerində qızıldan divar hördürdü.
Xəzinə sərf edib, verdi təmtəraq,Səyilə ölkədən dərd oldu uzaq.
Bağçalar salındı, evlər dikəldi,Hər evdən yüz çıraq işığı gəldi.
O ki, bu torpağı eylədi abad,Dərgahı heç zaman olmasın bərbad.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-iqbalname-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Güldü iqbalıma taleyin üzü,Dövlət sayəsində yüksəltdim sözü.
Xosrov və Şirin, fəsil 9Allah köməyilə tapşırılan taxtŞərəflidir, onu alan da xoşbəxt!
Xosrov və Şirin, fəsil 10Tez ol, ey səhərin gözəl nəsimi!Çatdı mehribanlıq, nəvaziş dəmi.
Xosrov və Şirin, fəsil 11Ürəyin hatifi görüb məni şad,Hümmət eyvanından səsləndi: heyhat!..
Başqa şairlərin şeirləri
Yatmış idim, qafil gəldi üstümə,Bir cam dolu, bir cam yarı, bir cam az.
GəlməsinYaqutdan, yəməndən, ləldən, gövhərdən,Yük tutmayan bu bazara gəlməsin!
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
Aşıq PəriyəVerdimsə gər o şuxi-sitəmkarə könlümü,Bir gün də görmədim mən o biçarə könlümü.