Baş apar, nazlan ki, mən nazın çəkim.Hər qadan gəlsin mənə, ey göyçəyim!

Məstəm eşqindən, o rövşən badədən,Qoy dözüm, ol işrətin altın çəkim.

Sən zəlillər tək məni etmə kənar,Qoy səni ağuşuma coşğun çəkim.

Öldürür rüzgar məni cövrünlə, baxGündə min bir zülm edir, hansın çəkim?

Vay o gündən ki, ümidim məhv ola,İntizarı boş, əbəs, məhzun çəkim!

Məqtə — şairin təxəllüsü olan son beyt. Mən - Nizami, bülbüləm gülzarına,İnsaf et, gül dərmədən cövrün çəkim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana