Ey sənəm, gözün fədası, bizə bir gecə səfa qıl,O şirin vüsalın ilə xəstəyə bir az şəfa qıl!

Bircə istəyim budur ki, səni bir xəlvət öpüm mən.Zülfünə canım da qurban, bu payı mənə rəva qıl.

Fağıra, qaydadı, şahlar azacıq nəvaziş eylər.Ey şahım, məni qapında lütf elə, kölə, gəda qıl!

Məqtə — şairin təxəllüsü olan son beyt. Kəmərin çəkib Nizami, sənə bir qul olmaq əhdi,Tikanı çıxar ürəkdən... az ona əzab, cəfa qıl!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq