Söndür şamı, pərvanə tez gəldi çıraği-çanımız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Söndür şamı, pərvanə tez gəldi çıraği-çanımız,Qan ağla, ey gülzarımız, güldü güli-xəndanımız.
Könlüm olub meydan sənə, al canımı, qurban sənə,Yetdi, ey Hindistan sənə, fəğfuri-Türküstanımız.
Cənnətdə yox, mislinlə sən addımlayan bir sərvsən,Mən bəndəyəm, sən hakimsən, fərman ver, ey sultanımız!
Nurlar saçan hüsnün çıraq, yandı pəri-pərvanə, baxBiz təşnə, sən büllur bulaq, bir cam ver, ey loğmanımız!
Məqtə — şairin təxəllüsü olan son beyt. Lütf et bir az, ey nazənin, Nizamilə ol həmnişin,“Sən mənimsən, mən də sənin!” - gör nə söylər ceyranımız.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sondur-sami-pervane-tez-geldi-ciragi-canimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müğənni, yorubdur bəm səslər məni,Zil üstə qaldır sən indi naləni!
İqbalnamə, fəsil 43Müğənni, ruh verən sazını bir al,Bizə ürək açan xoş bir hava çal!
İqbalnamə, fəsil 44Müğənni bir şirin nəğmə söylə sən,Bu ki, ilk ricamız deyildir səndən!
İqbalnamə, fəsil 45Müğənni, bu köhnə pərdədə yekəHüzünlü, qəmli bir hava çal mənə!