Ey gülü-xəndanımız, sərvi-xuramanımız,Mən səninəm, sən kimin? Ey təzə reyhanımız.

Can sənə təslim olub, ruh dolanır başına,Hər nə umursansa um, ey ruh ilə canımız!

Kəssə də dəstim qılınc, zülfün ucun vermərəm,Ta ki quca boynumu yar əli - mərcanımız.

Təşnə mənəm, çeşmə sən, söndür ürək yanğımı,Bal dodağındır sənin çeşmeyi-heyvanımız.

Məqtə — şairin təxəllüsü olan son beyt. Can de Nizamiyə gəl, ta ki ucaltsın biziƏn ulu şah Axsitan - sahibi divanımız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq