Mən öz gəncliyimi sənə verdim, yar,Könlümdə saxlanır açdığın bazar.

O qənd dodağının al yaqutunuQan-yaş tökən gözüm əks edər aşkar.

Apardı ömrümü şirin sözlərin,Sözünün üstündə durmayan nigar.

Fəryad, o ətirli tellər əlindən!Sanki ağ üzündə nar çiçəyi var.

Gecələr sübhəcən hönkürən ürəkGələr, astananı öpər, qucaqlar.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qanıma susayıb bir cüt nərgizin,Haray, ey laləzar, haray, ey bahar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq