Sən, a bütün türkləri hindu qılan
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Sən, a bütün türkləri hindu qılan,Kaş olasan ovçu gözündən nihan.
Cismimi qurban demişəm telbətelZülfünün hər bir telinə yanbayan.
Varmı halım, əl vurasan, tab edim,Ey bu yazıq canıma min ox vuran!
Mən ki cigər qanımı etdim ruzu,Ey qanımı mey tək içib kam alan!
Sən gecələr dinc uyuyan bir mələk,Mən bir evin dövrəsinə fırlanan.
Qoy qapanım, gül qədəmin bir qucum,Çoxmu uzaqdan baxacam bağrıqan?!
Bal dodağından öpərəm, qorxmasam,Kirpiyin oxdur, qaşın hazır kaman.
Məqtə — şairin təxəllüsü olan son beyt. Çoxdu sevən... amma səninçün, gülüm,Bircə Nizamindi göyə yalvaran.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sen-a-butun-turkleri-hindu-qilan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey mərdliyi əlindən tez yerə salan adam,Biganəlik üzündən yolunu azan adam.
Sirlər xəzinəsi, fəsil 27Zülm edib bir qarıya çox uddurmuşdular qan,O da Sultan Səncərin tutaraq yaxasından,
Sirlər xəzinəsi, fəsil 28Həyatın xoş günləri çatdı vida çağına,Torpaq yelin, su odun atıldı qucağına.
Sirlər xəzinəsi, fəsil 29Şam şəhərində xeyli qoca bir kişi vardı,Pəri kimi, cin kimi camaatdan qaçardı.
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.