در طرف شام یکی پیر بودچون پری از خلق طرف‌گیر بود

Şam şəhərində xeyli qoca bir kişi vardı,Pəri kimi, cin kimi camaatdan qaçardı.

پیرهن خود ز گیا بافتیخشت زدی‌، روزی از آن یافتی

Toxuyardı özünə yaşıl otlardan köynək,O, ruzi qazanardı hər gün kərpic kəsərək.

تیغ‌زنان چون سپر انداختنددر لحد آن خشت سپر ساختند

Pəhlivanlar əlindən qalxan düşdüyü zaman,Qəbirdə o kərpicdən düzəldərdilər qalxan.

هرکه جز آن خشت نقابش نبودگرچه گنه بود عذابش نبود

Hər ölüyə olurkən onun kərpici niqab,Günahkar da olsaydı, ona yox idi əzab.

پیر یکی روز در این کار و بارکار فزاییش در افزود کار

Öz işinə məşğulkən bir gün o qoca kişi,Fələkin öz əliylə bir daha artdı işi.

آمد از آنجا که قضا ساز کردخوب‌جوانی سخن آغاز کرد

Birdən-birə bir gözəl oğlan göründü gözə,Qocanın qarşısında durub başladı sözə:

کاین چه زبونی و چه افکندگی است؟کاه و گل این پیشهٔ خربندگی است

„Bu düşkünlük nədir, nə, nədən düşdün bu hala?Eşşək kölələr işlər belə palçıq, samanla.

خیز و مزن بر سپر خاک، تیغکز تو ندارند یکی نان دریغ

Torpağın qalxanına qılınc vurma bu qədər,Qalx ki, səndən bir qarın çörək əsirgəməzlər.

قالب این خشت در آتش فکنخشتْ تو از قالب دیگر بزن

Bu kərpicin qəlibi yansın deyə oda at,Başqa bir sənət tapıb, işlə, muradına çat!

چند کلوخی به تکلف کنی؟در گل و آبی چه تصرف کنی؟

Nə vaxtadək daş, kəsək əzəcəksən, söylə, sən?Sudan, palçıqdan əldə nə hasil edəcəksən?

خویشتن از جملهٔ پیران شمارکار جوانان به جوانان گذار

Qocasan, tut özünü ahıllara bərabər,Cavanların işini sən cavanlara qaytar“.

پیر بدو گفت جوانی مکندرگذر از کار و گرانی مکن

Qoca dedi: „Cavansan, belə cahillik etmə!Əl çək acı sözlərdən, mənə ağıl öyrətmə!

خشت‌زدن پیشه پیران بودبارکشی کار اسیران بود

Qocalar kərpic kəsər, son günləri yaşıyar!Əsirlərsə hər zaman yük çəkər, yük daşıyar.

دست بدین پیشه کشیدم که هستتا نکشم پیش تو یک‌روز دست

Onunçün öyrətdim ki, əlimi bu sənətə,Bir gün sənə əl açıb düşməyim xəcalətə.

دستکش کس نیم از بهر گنجدستکشی می‌خورم از دست‌رنج

Deyiləm heç bir kəsə xəznədən ötrü möhtac,Əlimin zəhmətiylə toxdur gözüm, deyil ac.

از پی این رزق وبالم مکنگر نه چنین است حلالم مکن

Məni bu ruzi üçün günahkar sayma, bəsdir,Düşünsən bilərsən ki, dediklərin əbəsdir“.

با سخن پیر ملامت‌گرشگریانْ گریان بگذشت از برش

Gözəl oğlan sarsıldı qocanın bu sözündən,Orda durmadı getdi, yaş axıdıb gözündən.

پیر بدین وصف جهاندیده بودکز پی این کار پسندیده بود

Dünya görmüş adamdı söylədiyim bu qoca,Öz işiylə hamının gözündə oldu uca.

چند نظامی درِ دنیی زنی؟خیز و در دین زن اگر می‌زنی

Döymə bu dünyanın hey qapısını, Nizami,Döyürsənsə, dinin döy qapısını, Nizami!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri