Sirlər xəzinəsi, fəsil 28
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
روز خوش عمر به شبخوش رسیدخاک به باد، آب به آتش رسید
صبح برآمد چه شوی مستِ خواب؟کز سر دیوار گذشت آفتاب
بگذر از این پی که جهانگیری استحکم جوانی مکن این پیری است
خشک شد آن دل که ز غم ریش بودکان نمکش نیست کزین پیش بود
شیفته شد عقل و تبه گشت رایآبله شد دست و زَمن گشت پای
با تو زمین را سر بخشایش استپای فروکش، گَهِ آسایش است
نیست درین پاکی و آلودگیخوشتر از آسودگی، آسودگی
چشمهٔ مهتابِ تو سردی گرفتلالهٔ سیرابِ تو زردی گرفت
موی به مویت ز حبش تا طرازتازی و ترک آمده در ترکتاز
پیر دو مویی که شب و روز تستروز جوانی ادبآموز تست
کز تو جوانتر به جهان چند بودخود نشود پیر درین بند بود
پرهٔ گل باد خزانیش بردآمده پیری و جوانیش برد
عیب جوانی نپذیرفتهاندپیری و صد عیب، چنین گفتهاند
دولت اگر دولت جمشیدی استموی سپید آیت نومیدی است
موی سپید از اجل آرد پیامپشت خم از مرگ رساند سلام
ملک جوانی و نکویی کهراست؟نیست مرا یارب گویی کهراست
رفت جوانی به تغافل به سرجای دریغست دریغی بخوَر
گمشدهٔ هر که چو یوسف بُوَدگم شدنش جای تأسف بُوَد
فارغی از قدر جوانی که چیستتا نشوی پیر ندانی که چیست
شاهد باغ است درخت جوانپیر شود بشکندش باغبان
گرچه جوانی همه خود آتش استپیری تلخ است و جوانی خوش است
شاخِ تر از بهر گل نوبر استهیزم خشک از پی خاکستر است
موی سیه غالیهٔ سر بُوَدسنگ سیه صیرفی زر بُوَد
عهد جوانی بهسر آمد مخسبشب شد و اینک سحر آمد مخسب
آتش طبع تو چو کافور خوَردمشک ترا طبع چو کافور کرد
چونکه هوا سرد شود یک دو ماهبرف سپید آوَرَد ابر سیاه
گازری از رنگرزی دور نیستکلبه خورشید و مسیحا یکی است
گازرکاری صفت آب شدرنگرزی پیشه مهتاب شد
رنگخر است این کره لاجوردعیسی ازآن رنگرزی پیشه کرد
تا پی ازین زنگی و رومی توراستداغ جهولی و ظلومی توراست
در کمر کوه ز خوی دو رنگپشت بریده است میان پلنگ
تا چو عروسانِ درخت از قیاسگاه قصب پوشی و گاهی پلاس
داری از این خوی مخالف بسیچگرمی و صد جبه و سردی و هیچ
آن خور و آن پوش چو شیر و پلنگکهآوری آن را همه ساله به چنگ
تا شکمی نان و دمی آب هستکفچه مکن بر سر هر کاسه دست
نان اگر آتش نَنِشانَد ز توآب و گیا را که ستانَد ز تو؟
زانکه زنی نان کسان را صلابِه که خوری چون خر عیسی گیا
آتشِ این خاک خَم ِ بادگَردنان ندهد تا نبَرَد آبِ مرد
گر نه درین دخمه زندانیانبیتبش است آتش روحانیان
گرگدَمی یوسف جانش چراست؟شیردلی گربهٔ خوانش چراست؟
از پی مشتی جو گندمنمایدانهٔ دل چون جو و گندم مسای
نانخورش از سینه خود کن چو آبوز دل خود ساز چو آتش کباب
خاک خور و نان بخیلان مخورخاک نهای زخم ذلیلان مخور
بر دل و دستت همه خاری بزنتن مزن و دست به کاری بزن
به که به کاری بکنی دستخوشتا نشوی پیش کسان دستکش
Həyatın xoş günləri çatdı vida çağına,Torpaq yelin, su odun atıldı qucağına.
Səhər açıldı, neçin, yuxudasan? Dur, əyləş,Dur, divarın başından aşdı parlayan günəş.
Yaxşı olar dünyanı tutmaqdan əl götürsən,Cavanlıq hökmü vermə qocalıq çağında sən.
Qəmdən yaralı könlün olub qupquru, heyhat,Qalmayıb əvvəlki duz, qalmayıb əvvəlki dad.
Ağlın heyran kəsildi, fikrin, huşun puç oldu,Əlin qabar, ayağın quruyub iflic oldu.
Vaxtdır, sənə bəxşeyiş vermək istəyir torpaq,Rahatlanmaq çağıdır, çək bu dövrandan ayaq.
Bu təmiz, bu bulaşıq dünya adlanan yerdəRahatlıqdan yaxşı şey varsa, özüdür bir də.
Sənin aydın bulağın, dondu, buz kimi dondu,Odur lalənin üstə sarılıq tozu qondu.
Həbəşdən Tərazədək üzvlərin, nəhayət,Ərəblərin, türklərin əlilə oldu qarət.
Gecəndir, gündüzündür iki tüklü qocalıq,Öz cavanlıq çağında ondan ibrət al, artıq.
Bu dünyada səndən də cavanlar vardı əzzəl,Sanırdılar görməzlər nə qocalıq, nə əcəl.
Xəzan yeli onların tökdü gül yarpağını,Qocalıqsa dağıtdı cavanlıq növrağını.
Cavanlıqda adama eyib tutulmaz, düzdür!Qocalıqda insanın nöqsanı birə yüzdür.
Dövlət Cəmşid dövləti olub tutsa dünyanı,Ağ tük başda sayılır ümidsizlik nişanı.
Kim bilməyir ki, ağ tük verir əcəldən xəbər?Əyri belsə ölümdən müjdə salam gətirər.
Cavanlıq və yaxşılıq kimindir, söyləyin bir?Mənim deyil, ilahi! Deyərsənmi kimindir?
Cavanlığın çağları qəflətlə çatdı başa,Heyifsilən, yaxşı bax, kimliyini düş başa.
Hər kəsin itirdiyi Yusif kimiysə əgər,Belə itki, doğrudan, təəssüflərə dəyər.—
Sən gəncliyin qədrini bilməkdən çox uzaqsan,Bunu bilməz, doğrudur, qocalmadıqca insan.
Cavan ağac hər bağın gözəlidir, gözəli,Qocaldımı, sındırar onu bağbanın əli.
Cavanlıq od-alovdur, bir söz, ömrün tacıdır,Cavanlıq çox şirindir, qocalıq çox acıdır.
Tər, cavan budaqlarda həmişə tər gül olar,Quru budaqlar isə yandırılıb kül olar.
Qara saç hər bir başın ətridir, bəzəyidir,Qara daşsa qızılın sərrafı, məhəkidir.
Cavanlıq başa çatdı, yetər yatdın, ey insan!Gecə keçdi, bax, budur sabah açıldı, oyan!
Kafuru yediyindən sənin təb’inin odu,Kafur kimi ağ etdi qara rəngini, odur.
Soyuqlaşan zamanda bir iki ay havalarGöydən qara bulutlar, yağdırar yerə ağ qar.
Boyaqçılardan uzaq deyil paltar boyamaq,Günəşin və İsanın yurdu da birdir ancaq.
Paltar boyamaq yalnız suyun öz sifətidir,Boyaqçılıq mehtabın peşəsi, sənətidir.
Bu lacivərd göy, rəngə müştəridir həmişə,İsa bununçün etdi boyaqçılığı peşə.
Havanın arpa qədər rəngi olmadığındanBircə arpa qədər də dəyəri yoxdur, inan,
Gecə və gündüz kimi çox rəngə bağlı olma,Rumlu surətli olma, zəngi yanaqlı olma.
Nə qədər həbəşilik, rumilik ki, var səndəBu qanmazlıq, zalımlıq olar bərqərar səndə.
Dağ döşündə ovçular tez seçib, iki rəngiBir atmaqla vururlar düz belindən pələngi.
Ağac budaqlarıyla olunmaqçün sən qiyas,Gah geyinirsən kətan, gah geyinirsən palas.
Səndəki zidd xasiyyət özündəndir ki, ancaqYazda yüz cübbən olar, qışda qalarsan çılpaq.
Pələng kimi, şir kimi onu ye, onu gey ki,Asan tapa biləsən yeməyi onlar təki.
Bir içim su, bir qarın çörək varsa, düşün bir,Əlini hər kasanın başına etmə kəfkir.
Çörək sənin odunu söndürə bilməz əgər,Səndən suyu və otu söylə kim qəbul edər?
Çörək istəməkdənsə dilənib özgələrdənİsanın eşşəyi tək otlasan yaxşıdır sən.
Yel küpündə dönən bu torpağın odu, gerçək,Adamın da abrını tökməsə verməz çörək.
Bu dustaqlar evində bilmək gərək bu sirri,Ruhanilər odunun yoxsa əgər tə’siri,
Neçün qurdlar əzizdir bir Yusif kimi ona?Şir kimi, pişik kimi gəlmək nədir cövlana.
Bir ovuc buğdavari arpadan əlini çək,Qəlbinin dənəsini əzmə arpa-buğda tək.
Qoy su kimi çörəyin öz-özlüyündən olsun,Kababınsa od kimi öz ürəyindən olsun.
Torpaq ye, paxılların çörəyini yemə sən,Alçaqlar kötəyini yemə, torpaq deyilsən.
Əlinə, ürəyinə, zərər yox batsa tikan,Tənbəlliyi burax, tut bir işdən, ol çalışqan.
Yaxşı olar özünü işə öyrətsən bir az,Onda inan ki, əlin özgələrə uzanmaz.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sirler-xezinesi-28
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müğənni, rudunu bir dindir barı,Yada sal nəğmənlə o yatmışları!
İqbalnamə, fəsil 40Müğənni, bu gecə çəngini saz et,Məni bu dar yolda qəmdən xilas et!
İqbalnamə, fəsil 41Müğənni, qəlb açan o sazın iləBu odlu dərdimə bir əlac eylə!
İqbalnamə, fəsil 42Müğənni, yorubdur bəm səslər məni,Zil üstə qaldır sən indi naləni!
Başqa şairlərin şeirləri
“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
ŞöhrətAdam var şan-şöhrət qonaqlığında,Elə məst olur ki, ayılmır qəti.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır