Gözlərinə and olsun, məndə yüz nişanən var.
Günüm zülfündən qara, səbrim ağzın kimi dar.

Ayaqlarım getmir ki, üzəngidən yapışım,
Əlim gəlmir, atının cilovunu çəkim, yar!

Səninlə bir yastığa baş qoymağım yadında...
Başım dizim üstündə, ya küçəndə biqərar...

Ürəyinə salma ki, biganələr yanında
Vəfa xəzinəmizi açıb qılaram aşkar.

Ürəyimi verirəm, ziyandırsa, heç alma,
Vüsal haqqı verməyə candan artıq nəyim var?

  • Gələrəm! - söylədin sən, - cəsur ol, ey Nizami,
    Xoşbəxtəm ki, bu sözü dedi o gül dodaqlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq