Sən - bütün qızlardakı hüsnü tamamTalayıb hüsnündə cəm etmiş gözəl!

Asta get... sən uyğulu... nazlanma çox,Ey ayaq üstündəcə yatmış gözəl!

Hökm edib: “Get, özünü öldür!” dedin,Qətl, qatillik yolu tutmuş gözəl.

Dəydi kirpik oxların... bal tək yedim,Ox ucu ey zəqquma batmış gözəl!

Məqtə — şairin təxəllüsü olan son beyt. Qul Nizamin bir dəri, bir də sümük...Qanım içmiş, əhdinə çatmış gözəl!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri